"Müharibə mütləq olacaq. Özü də lap yaxın günlərdə başlayacaq".
Bunu Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən hərbi-siyasi prosesləri şərh edən hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenanat Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, "aprelin əvvəlində cəbhədəki hərbi əməliyyatlar sadəcə yoxlama idi. Amma bu dəfə artıq genişmiqyaslı, əməlli-başlı müharibə olacaq. Prezident İlham Əliyev Tərtərdə hərbçilərlə görüşündə dedi ki, hər an hazır olmaq lazımdır, çünki biz bu vəziyyətlə barışmayacağıq. Bu söz o deməkdir ki, ordu hər şeyə hazır olmalıdır. İstənilən an hücum əmri verilə bilər. Azərbaycanın ərazi bütövlüyü təmin olunmur, düşmən işğal etdiyi torpaqlarımızdan geri çəkilmir, haqq yoluna qayıtmaq istəmir. Havadarları da ermənilər üçün sadəcə vaxt udmağa çalışdılar, bununla da məsələ dayanıb, müsbət istiqamətdə heç bir dəyişiklik yoxdur. Aprelin əvvəlindəki Azərbaycan ordusunun 4 günlük uğurlu hərbi əməliyyatlarından sonra ötən bir ay ərzində bizim üçün baş verən müsbət dəyişikliklərlə yanaşı, bəzi proseslər ermənilərin xeyrinə işləyib. Ermənilərə vaxt lazım idi ki, müəyyən qrupları cəmləşdirsinlər, müəyyən silah-sursat, texnika əldə etsinlər. Ona görə də müharibə hər an başlaya bilər. Bu dəfə genişmiqyaslı, əsl müharibə olacaq. Özü də bütün döyüş vasitələrindən istifadə edilməklə... Bu olmalıdır və olacaq!"
MİLLİ.AZ & VƏTƏNSEVƏRLƏR
Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.