İxtiyar Şirin “Yeni Müsavat”a heyrətamiz faktlar açıqladı: “Sürət Hüseynov dedi ki, biz o torpaqları ermənilərə əl borcu vermişik”, “Azərbaycan 1994-cü ilin atəşkəsindən imtina etməlidir”
Milli Konqres Partiyasının sədri, keçmiş baş prokuror İxtiyar Şirin aktiv siyasətə qayıdıb. Son illərdə mətbuatda, siyasi arenada görünməyən partiya sədri hazırda bir neçə siyasi qurumun təsis etdiyi Antiböhran Koalisiyasında təmsil olunur.
İ.Şirinlə ofisində siyasətdən uzaqlaşması və geri dönüşü barədə, eləcə də, baş prokuror işlədiyi 1992-93-cü illərdə Azərbaycanda baş verən, hazırda ölkədə cərəyan edən proseslər barədə söhbət etdik.
- Son illərdə siyasətdən uzaqlaşmışdınız. Geri dönüşə səbəb nə oldu?
- Siyasətdən getməmişdim. Bu illər ərzində də yoxa çıxmamışdım. Sadəcə, mətbuat bizdən uzaqlaşmışdı. Çox sevinirəm ki, uzun illərdən sonra qəzetiniz bizə üz tutub və müsahibə alır. Buna görə “Yeni Müsavat”a xüsusi təşəkkür edirəm.
- Hər siyasi proseslərdə aktiv iştirakınız yox idi. Bəlkə müxalifətdəki ümumi durğunluq siyasətdən getməyinizə dair fikirlərin formalaşmasına səbəb olub?
- Azərbaycan müxalifəti son illər ən ağır dövrünü yaşayır. Daxildə olan parçalanmalar, bir-birinə olan münasibətlər, aktual siyasi məsələlərdən kənarda qalmalar, ölkənin milli məsələlərini birlikdə müzakirə etmək üçün cəhdlərin olmaması müxalifəti kölgədə qoyub. Bunun yerini müxalifətdaxili münaqişələr tutub. Özünü gündəmdən çıxaran müxalifətdir. Amma son aylar təkcə Antiböhran Koalisiyasında deyil, digər qurumlarda da Azərbaycan mövzusu müzakirə olunmağa başlayıb. Müxalifətin əsas vəzifəsi də budur. Azərbaycan məsələsinin hələ ki geniş müzakirə olunduğu birlik bizik. Müsavat və AXCP kimi partiyalar tək fəaliyyətə üstünlük verirlər. Hazırda problemlərimiz o həddə çatıb ki, bunu təkcə müxalifət qurumları deyil, iqtidar partiyası və ətrafı da müxalifətlə birlikdə müzakirə etməlidir. Qarabağ kimi hərbi və diplomatik yolla həlli mümkün olan problemimiz var. Digər tərəfdən neftin qiymətinin aşağı düşməsi ilə iqtisadiyyatımızın nə yerdə olduğu üzə çıxdı. İqtidar və müxalifətin bir yerdə olmasının tam zamanıdır. Müxalifət şəxsi maraqlarını kənara qoyub, bu işlərlə birlikdə məşğul olmalıdır. Siyasəti mən belə düşünürəm. Mənə deyirsiniz ki, son illərdə yox idiniz. Bu illərdə Azərbaycanın problemləri ilə bağlı səslər eşidilmirdi. Buna təəssüflənirəm. Ancaq daxili qarşıdurmalar gündəmdə idi. Mətbuat da düşünürdü ki, əsas aktual məsələ bunlardır. Amma partiya olaraq, daim bu işlərlə məşğul olmuşuq.
- Cəbhədə baş verən məlum prosesləri necə dəyərləndirirsiniz?
“16 minlik təcrübəli ordunu türklər bizə verəcəkdilər”
- 1993-cü ildən bu yana Azərbaycan Qarabağ probleminin həlli istiqamətində böyük uğursuzluqlara düçar olmuşdu. Atəşkəslə bağlı imzalanan “Bişkək” protokolu ölkəmizi məğlub göstərmək üçün ciddi sənəd idi. Dağlıq Qarabağ da faktiki tərəf kimi tanınmışdı. 1994-cü ildə bağlanan atəşkəsdən sonra gedən danışıqların heç biri Azərbaycanın xeyrinə olmadı. ATƏT-in Minsk qrupunun meydana çıxması Türkiyənin bu prosesdə təsirini aradan qaldırdı. Rusiya, Fransa və ABŞ kimi dövlətlər həmsədrlərə çevrildilər. Bu dövlətlər isə ermənilərin dostudurlar. Biz Qarabağ məsələsini ermənilərin dostlarının əllərinə verdik. Bu dövlətlər 3 təklif irəli sürdülər. Biri problemin həlli ilə bağlı idi ki, Azərbaycan ona imza atdı. İkinci təklif paket həll planı idi.
Azərbaycan yenə imza atdı, lakin Ermənistan qəbul etmədi. Yaxşı ki, belə addım atdılar. Üçüncü təklif ümumi dövlət həlli prinsipi idi. Yəni Azərbaycan və Dağlıq Qarabağ birlikdə dövlət yaradırdı, adı isə məlum deyildi. Azərbaycan bundan imtina etdi. Rəhmətlik Heydər Əliyev bu təklifləri parlamentin müzakirəsinə verdi. Nəticədə hər üç təklifdən imtina qərarı verildi. Həmin təkliflər bizim üçün çox aşağılayıcı idi. Azad ediləcək ərazilərə ermənilər istənilən vaxt girə bilərdilər. Uzun müddət sonra - 2007-ci ildən başlayaraq yeni təkliflər meydana çıxdı. Söhbət “Madrid prinsipləri”ndən gedir.
Bu, ölkəmiz əleyhinə olan təkliflərdir. Bunu Azərbaycan qəbul edərsə, Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnu tanıyır. Əvvəlki üç təklifdən daha ağırdır. Qarabağın bizdən alınmasını Minsk qrupu bu təkliflərin içərisinə qoyub. Azərbaycan bu yolla gedərsə, Qarabağ bizim olmayacaq. Ona görə hazırda gedən sülh danışıqlarının ölkəmizin xeyrinə olduğunu düşünmürəm. Azərbaycan danışıqlara davam etmək istəyirsə, ilk növbədə 1994-cü ilin atəşkəsindən imtina etməlidir. Ötən ay yeni atəşkəs imzalandı.
Apreldəki döyüşlərin ən böyük əhəmiyyəti budur. Ölkəmiz “Madrid prinsipləri”ndən də imtina etməlidir. Əgər etməsə, baxmayaraq ki, aprel döyüşlərində qələbə qazanıb, amma danışıqlarda bu şans yoxdur. Nəticədə Dağlıq Qarabağ itiriləcək. Hakimiyyətin üzərinə ağır vəzifələr düşür. Azərbaycan məsələnin hərbi yolla həllinə daha çox üstünlük verməlidir. Ermənistan üzərində daha ciddi uğur qazanılmasa, danışıqların müsbət nəticəsinə inanmıram. Başqa yolumuz da qalmayıb. Əvvəl-axır Azərbaycan müharibə yolunu seçəcək.
“Azərbaycan 1994-cü ilin atəşkəsindən imtina etməlidir”
- Torpaqlarımızın işğalı vaxtı Azərbaycan rəhbərliyində təmsil olunmusunuz. İndiki situasiya həmin dövrdə olsaydı, torpaqlarımız itirilərdi?
- Torpaqlarımız onda getməyəcəkdi. Hər hansı bir situasiyaya ehtiyac yox idi. Azərbaycan torpaqlarını müdafiə etmək üçün Kəlbəcərin işğalından sonra ciddi işlər görmüşdü. Mən Kəlbəcərin işğalından sonra prezidentlə danışıb Türkiyəyə getdim. Süleyman Dəmirəl və hərbiçilərlə görüşüb, xeyrimizə qərarlar qəbul etdirdik. Təcrübəli ordu yaratmaq üçün Türkiyədən 175 zabit gətirdik. Kifayət qədər lazımi silah aldıq.
Məhz onların köməyi ilə BMT-də 822-ci qətnamə qəbul olundu. Türk ordusu Ermənistan sərhədlərində manevr edərək, ermənilərə işğal etdikləri Azərbaycan torpaqlarının geri qaytarılması üçün xəbərdarlıqlar etdi. Bundan sonra ermənilər Kəlbəcəri geri qaytarmaq üçün sənəd imzaladılar. Ancaq daxili düşmənlər xaricilərlə birləşib, bu prosesi davam etdirməyə mane oldular. Gəncədə 4 iyun qiyamı törədildi, ordumuz darmadağın edildi, ölkə qarışdı. Dövlət də sıradan çıxarıldı. Əks halda sentyabr ayında Kəlbəcər azad olunacaqdı.
Həmin ilin oktyabrından etibarən hər üç aydan bir 16 minlik təcrübəli ordunu türklər bizə verəcəkdilər. Azərbaycanın heç bir rayonu işğal olunmayacaqdı. Ancaq satqın müxalifət, vəzifə hərisləri, rusların buradakı əlaltıları Azərbaycanı yıxdılar və bir neçə ay ərzində torpaqları təhvil verdilər. Sürət Hüseynov dedi ki, biz o torpaqları ermənilərə əl borcu vermişik. Bu nə deməkdir? Vətənə xəyanət deyil?
O cümlədən, onunla birlikdə olan hər kəs vətənə xəyanət ediblər. 4 iyun qiyamı olmasaydı, Azərbaycanın heç bir rayonu işğal olunmayacaqdı, Kəlbəcər də qaytarılacaqdı. Həmin proseslər başa çatsaydı, Azərbaycan güclü dövlətə çevriləcək, torpaqlarımız da azad olunacaqdı. İndi hamı birləşib, torpaqlarımızı azad etməliyik. Müxalifətdəki partiyalar buna kökləniblər. Parlamentdə olanları demirəm, onlar müxtəlif hava çalırlar.
- Elçibəyin həbsi ilə bağlı hazırlanan sanksiya sənədi ilə bağlı daim gündəmdəsiniz. Məhkəmə buna son qoysa da, tez-tez gündəmə bununla gəlirsiz...
- Əli Ömərov məhkəmədə böhtançı kimi tanınaraq, cərimələndi. Elçibəyə heç bir sanksiya verməmişəm. Məni istəməyənlər və bilməyənlər bunu qabardırlar. Həmin sənədi Nemət Pənahlı, Ömərov və digərləri hazırlayıblar. Pənahlı özü dedi ki, biz girov götürüləndə həmin saxta sənədi hazırlayıblar.
“İqtidar və müxalifətin bir yerdə olmasının tam zamanıdır”
- Surət Hüseynov azadlığa çıxdıqdan sonra onunla rastlaşmısız?
- Xeyr. Hesab edirəm ki, o cür şəxslə görüşmək lazımsızdır.
- Nə zamansa üz-üzə gəlsəniz, ona deyəcək sözləriniz varmı?
- O, əlborcu verdiyi torpaqlar üçün Azərbaycan xalqının qarşısında nə vaxt cavab verəcək? Məni yalnız bu maraqlandırır. Xalqıma hesabat verib ki, verdiyi torpaqları necə qaytaracaq? Minlərlə vətəndaşımız o döyüşlərdə şəhid oldular. O, buna cavabdeh deyil?!
- Torpaqların işğalında əsas onu günahkar görürsünüz?
- Surət Hüseynov və onunla birlikdə olan hər kəs günahkardır. Kimlər ki, onu və Gəncə qiyamını müdafiə ediblər, hamısı məsuliyyət daşıyırlar.
- Laçının işğalı günü yaxınlaşır. 1992-ci ilin bu günlərini necə xatırlayırsınız?
- Bu məsələlərin mahiyyətinə varmaq lazımdır. O dövrdəki hadisələrin yalnız bir səbəbi var. Vəzirov, Mütəllibov və Yaqub Məmmədov hakimiyyətləri bu hadisələrin mahiyyətinə ya varmadılar, ya da baş verənləri gizlətdilər. Həmin işğala qarşı mübarizə aparmadılar. Ancaq öz hakimiyyətlərini qorumaqla məşğul oldular. Hadisələrin əksəriyyəti erməni işğalına göz yuman hakimiyyətin dövründə baş verdi. Mütəllibovu nəzərdə tuturam. Çünki iki dəfə o, hakimiyyətdən uzaqlaşdırıldı. Bu çevrilişə hər cür ad qoymaq olar. Hər şey ölkəni xilas etmək üçün edilirdi.
Bu da xalq tərəfindən doğru qəbul edildi. Mütəllibov hazırda Bakıda oturub, Xocalı və digər hadisələrlə bağlı fikirlər bildirir. Ona məsləhət görərdim ki, ümumiyyətlə, bu məsələlərlə bağlı səsini çıxarmasa daha yaxşı olar. Çünki onun mövqeyi əvvəlki kimi yanlışdır. O dövrdə heç bir dövlət çevrilişi olmadı. Sadəcə, Azərbaycanı məğlubiyyətə aparan qüvvələrin uzaqlaşdırılması və daha ümidverici qüvvələrin hakimiyyətə gəlməsi prosesi baş verdi. Amma 4 iyun qiyamı birbaşa dövlət çevrilişi idi. Bunun başqa adı yoxdur.
- Yaqub Məmmədovun gedişini də dövlət çevrilişi kimi qəbul etmək olar?
- Orada məqsəd Məmmədovu devirmək deyildi. Sadəcə Mütəllibovu hakimiyyətə gətirmək üçün gedən proseslər idi. 15 may hadisələri komissiyasının sədri mən olmuşam. Araşdıranda məlum oldu ki, Ali Sovetin Mütəllibovu hakimiyyətə qaytarmaq səlahiyyəti yox idi. Bu, ancaq seçkilərlə ola bilərdi. Qanunsuz qərar verilmişdi. Özü də kvorum olmadan. Ona görə dövlət çevrilişi idi. Sadəcə, Ayaz bəyin tərəfdarları müxtəlif don geyindirirlər.
- Yaqub Məmmədov hakimiyyətdə qalsa necə olardı?
- Qarşıdan prezident seçkiləri gəlirdi. 17 mayda Ali Sovetin iclasında iştirak etmişəm. Məmmədov özü Ali Sovetin sədri qalmaq istəmirdi, istefa verdi. Ondan sonra sədrin kim olması gündəmə gələndə cəbhə iddiaçını irəli sürdü, hamı da onu müdafiə etdi. Fikir ayrılığı olmadı. Təkcə Heydər Əliyevlə bağlı məsələ oldu. Ona zəng etdilər, amma cavab gəlmədi. Onun namizədliyini irəli sürənlər var idi. Səsvermə üçün razılıq lazım idi.
- Həmin dövrdə əsas fiqurlardan biri də Rəhim Qazıyev idi...
“Rəhim Qazıyevin müdafiə naziri kimi cəbhə hakimiyyətində işinə davam etməsi yanlış qərar idi”
- Şuşanın verilməsi ilə bağlı cinayət işinə rəhbərlik etmişəm. Qazıyevin Şuşanın verilməsində olan rolu mənə aydındır. Onun müdafiə naziri kimi Cəbhə hakimiyyətində işinə davam etməsi yanlış qərar idi. Azərbaycan lazım olan vacib zamanını itirmişdi müdafiə gücünü artırmaq üçün. Onun uzaqlaşdırılmasından sonra nazirliyin işi ilə tanış olanda dəhşətə gəldik.
Heç bir şey yox idi. Ordu tamam dağılmışdı. Kəlbəcərin işğalı göstərdi ki, o zamankı ordu rəhbərliyimizin ordu qurmaq təcrübələri yox idi. Rusiya ilə həmin dövrdə dost olsaq belə, torpaqlarımız yenə də işğal olunacaqdı. Gəncə hadisələrinin nəticəsidir ki, bu gün Azərbaycan hakimiyyəti bu qədər çətinliklərlə üz-üzədir.
- Sizcə, bundan sonrakı proseslərdə müharibə qaçılmaz olacaq?
- Qərb Ermənistanı sülhə məcbur etməyəcək. Onların məqsədi Dağlıq Qarabaği müstəqil dövlətə çevirmək, ərazilərimizin bir hissəsini koridor adı ilə Ermənistana verməkdir. Hərb yolu Azərbaycanın hüququdur. Beynəlxalq hüququn tanıdığı haqdır. BMT-nin nizamnaməsində bu var. Torpaqları azad etmək borcumuzdur.
- Zakir Həsənova qədər olan müdafiə nazirlərimiz daim tənqid olunublar. Siz necə, indiki nazirin fəaliyyətindən razısınız?
“Zakir Həsənovun fəaliyyəti məndə xoş təəssürat yaradıb”
- Müdafiə sahəmiz milli məsələdir. Ona görə bu sistemdə çalışanlar millətin nümayəndələridir. Hansı hakimiyyət olursa-olsun. Onları müdafiə etməliyik. Zakir Həsənov əvvəlki nazirdən fərqli fəaliyyət göstərir. Bu göz qabağındadır. Müdafiə naziri xalqın adamı səviyyəsində olmalıdır. Həsənovun fəaliyyəti hamıda, şəxsən məndə də xoş təəssürat yaradıb.
Mən də onu müdafiə edirəm. Bu həm də milli borcumdur. Xalqımız silaha sarılıb, müharibəyə getmək istəyirdi. Bu, orduya olan inamdır. Ermənistan qalib gələ biləcəyimiz düşməndir. Çətin olan onların havadarlarıdır. Aprel döyüşlərində ordumuz qələbə qazandı. Ermənilər müxtəlif don geyindirsələr də, faktiki qələbə var. Amma elə qələbə lazımdır ki, erməni havadarları olan ölkələr başqa tələb irəli sürə bilməsinlər. Bu qələbə erməniləri yola gətirmək üçün kifayət deyil.
MUSAVAT.COM
Cavanşir ABBASLI & VƏTƏNSEVƏRLƏR

Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.