Mirmahmud Mirəlioğlu: “Rus qoşunlarının ölkəmizdən çıxarılması bizim 200 illik arzumuz olub”
KXCP rus qoşunlarının Azərbaycandan çıxarıldığı 25 may tarixinin bayram kimi qeyd olunması təklifi ilə çıxış edib. Maraqlıdır, partiyanın bu təklifinə hakimiyyətdən hər hansı reaksiya gəlibmi?
Bununla bağlı Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu hələ ki, hakim düşərgədən təkliflə bağlı mövqe ortaya qoyulmadığını bildirib. Lakin bununla belə partiya sədri rus qoşunlarının Azərbaycandan çıxarıldığı tarixin bayram kimi qeyd edilməsinin vacib olduğunu vurğulayıb:
“Bu təklifi hansı hakimiyyət olursa-olsun, qəbul etməyə borcludur. Bu gün biz diplomatik mübarizədə uduzuruq. Bu bir faktdır. Azərbaycan döyüşçüsünün əldə etdiyi son qələbələri şəhidlərimizi təntənəli surətdə dəfn edəndən sonra, diplomatik mübarizədə dəfn elədik.
Bu gün rus qoşunlarının Azərbaycandan çıxarılmasının rəsmi şəkildə qeyd olunmasına ciddi ehtiyac var. Erməni fitnə-fəsadı, Qarabağ problemi yeni problem deyil. Bu, çar Rusiyası zamanında da, sovet Rusiyası dönəmində də özünü göstərib. Ermənistan adlı qondarma dövləti quran da, onu bizə qarşı yönləndirən də Rusiya olub. Azərbaycan Xalq Cümhuriyyəti zamanında da Qarabağda “Daşnaksütun” terror təşkilatı fəaliyyət göstərib. Ermənilər azərbaycanlılara qarşı qırğınlar, qətillər törədib. Azərbaycanın ikinci müstəqillik dönəmində də Rusiya növbəti dəfə Qarabağ problemini yaratdı. Ruslar gec partlayan bu minanı ölkəmizdə basdırıb gediblər. Biz bu problemi həll etmək istəyiriksə, bu addımlardan biri kimi 25 may tarixini Azərbaycandan rus qoşunlarının çıxarılması günü kimi qeyd etməliyik. Bu, milli bayram, dövlət bayramı olmalıdır.
200 il ərzində rus qoşunlarının Azərbaycandan çıxarılması bütün nəsillərin arzusu olub. Bu arzu yalnız 1993-cü ildə reallaşıb. II Cahan savaşından sonra Şərqi Avropada, eləcə də Almaniyada möhkəmlənən rus qoşunlarının sonrakı dönəmlərdə bu ərazilərdən çıxması, Almaniyanın birləşdirilməsi nə qədər önəmlidirsə, Azərbaycandan rus qoşunlarının çıxarılması da bir o qədər önəmlidir. Biz bunu qansız-qadasız eləmişik. Gürcüstanın hansı vəziyyətdə olduğu, rus qoşunlarının Emənistandakı mövcudluğu hər kəsə bəllidir.
Bu hökumət bunu qeyd etməsə də, növbəti hökumət bunu hökmən qeyd edəcək.
Azərbaycan hakimiyyətindən bu təklifə hələ ki, heç bir reaksiya yoxdur. Biz bu məsələ ilə bağlı hansısa millət vəkilinin, hansısa YAP funksionerinin lağ-lağı münasibətini eşidə bilərik. Bəlkə də hakimiyyətin daha uğurlu qərar qəbul etmək imkanı olacaq və günlərin bir günündə bunu qəbul edəcəklər. Bəlkə təklifin sadəcə bizim tərəfimizdən irəli sürülməsinə görə narahatdırlar. Bəlkə sabah təklifi öz adlarına çıxaraq reallaşdırdılar. Bütün bunlara qarşıdakı dönəmdə aydınlıq gələcək”.
& VƏTƏNSEVƏRLƏR

Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.