Ukraynada Yanukoviç rejiminin çökəcəyini əvvəlcədən xəbər verən Rusiyalı münəccim Sergey Loqinov Rusiyada Vladimir Putinin də çökəcəyini bəyan edib. Modern.az saytı xarici mediaya istinadən bildirir ki, münəccimin öncəgörməsinə görə, Putin rejiminin devrilməsi Rusiyanın xeyrinə olacaq.
Qeyd edilir ki, Vladimir Vladimiroviçin fəaliyyəti Rusiya Federasiyasını böhrana aparacaq. Prezident Putinin adı hətta dünyada yanacağın qiyməti ilə də bağlanır. Qeyd olunur ki, əgər Putin 2014-cü ilin aprel ayından sonra hakimiyyətdə qalarsa, qaz və neftin qiyməti ciddi şəkildə aşağı düşəcək.
Loqinov martın 23-də öz bloqunda yazıb ki, Rusiyanın Putindən azad olmasına bir təqvim ayı qalıb. Beləliklə, münəccimin bəyan etdiyi kimi aprel ayının ortalarına qədər Rusiya prezidenti ilə bağlı ciddi nəsə baş verməlidir.
Loqinov hətta Putinin 80-90 faiz fiziki cəhətdən xəsarət alacağını, bunun ölümlə nəticələnəcəyini də istisna etmir. Loqinovun proqnozuna görə, Moskvada kütləvi etiraz aksiyalarının baş verəcəyi ehtimalı da yüksəkdir.
Qeyd edək ki, Putinin xəstəliyi – bel sümüyündə xərçəngin olması ilə bağlı söz-söhbətlər çoxdan yayılıb. Müxtəlif müəlliflərin iddiasına görə, bu xəstəlik Rusiya prezidentinin ölümü ilə də nəticələnə bilər.
Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.