Silahlı Qüvvələrin Baş qərargahı: “10 günə torpaqları geri alıb İran və Ermənistanla dövlət sərhədlərinə çıxarıq”
Serj Sərkisyan Yaponiyadan təhdidkar bəyanat verdi, beynəlxalq ekspertlər müharibənin başlamasını real sayırlar
Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu iyunun 4-dən etibarən hər iki tərəfdən itkilərlə müşayiət olunan toqquşmalar səngimir. İşğalçı qüvvələrin komandanlığının yaydığı xəbərlərə görə, iyunun 6-da təmas xəttinin cənub istiqamətində erməni qüvvələrinin mövqelərinə “diversiya həmləsi” edilib. İddiada deyilir ki, Azərbaycan mövqelərindən edilən hücumun dəf edilməsi zamanı erməni qüvvələrinin bir çavuşu öldürülüb, iki əsgəri ağır yaralanıb. Azərbaycan Müdafiə Nazirliyi bu iddianı təsdiq etmir, ancaq bildirir ki, bütün təmas xətti boyu Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması halları artaraq davam etməkdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, atışmalar intensiv xarakter alıb və daha çox Qazax, Füzuli, Gədəbəy, Tovuz, Tərtər, Ağdam, Goranboy, Xocavənd, Cəbrayıl, Ağstafa istiqamətlərində qeydə alınıb. Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.
***
Xatırladaq ki, təmas xəttində vəziyyətin kritik şəkildə gərginləşməsi ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz regionuna səfəri ilə eyni vaxta təsadüf edib. Analitiklər bu gərginliyin arxasında Rusiyanın Ermənistan vasitəsilə ABŞ-ın Qarabağ münaqişəsinə və ümumiyyətlə, regiona dair hər hansı təşəbbüsünü baltalamaq niyyətinin dayandığını təxmin edir. H.Klintonun regiona gəlişindən sonra elan edilib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişə ətrafında yaranmış böhranlı vəziyyəti müzakirə etmək üçün iyunun 17-də Parisdə görüşəcəklər. Təmas xəttində atışmaların intensiv xarakter almasından narahat olan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də münaqişə regionuna səfər edib. O, iyunun 7-də Xankəndində separatçı rejimin rəhbəri Bako Saakyanla görüşərək təmas xəttindəki gərginliyi müzakirə edib.
***
Minsk Qrupuna həmsədrlik edən Fransa da son günlər Azərbaycan və Ermənistan sərhədində 8 nəfərin ölümü ilə nəticələnən insidentlərin baş verməsindən narahatdır. Bu barədə Fransa XİN-in rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir. Bəyanatda qeyd edilir ki, Qarabağ münaqişəsini güc vasitəsilə həll etmək mümkün deyil: “Tərəflər BMT-nin nizamnaməsi və Helsinki Yekun Aktının güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etməsi prinsiplərinə əsaslanan nizamlanma prosesinə sadiq olmalıdır”. Bəyanatda həmçinin bildirilir ki, Fransa iyun ayında Parisdə keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və həmsədrlərin Qarabağ münaqişəsinin dinc yolla həllinə dair danışıqların aparılmasına hazırlıq görür . Rusiya tərəfi də Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin gərginləşməsindən rəsmi narahatlıq ifadə edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. “Biz münaqişənin bundan sonrakı eskalasiyasını qəbuledilməz hesab edirik və tərəflərə münaqişənin sülhlə həll edilməsi yollarının axtarışında kömək etməyə davam edəcəyik”, - deyə Lukaşeviç bildirib. Onun sözlərinə görə, Rusiya ümid edir ki, Parisdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü gərginliyi azaldacaq və Qarabağ münaqişəsi məsələsində irəliləyişə, həmçinin hərtərəfli sülh müqaviləsinin əsasında dayanmalı olan prinsipləri razılaşdırmağa kömək edəcək: “Rusiya o mövqedən çıxış edir ki, tərəflər atəşkəs rejiminə sadiq qalmalıdırlar”.
Onun sözlərinə görə, təmas xəttində baş verən bu cür insidentlər əvvəllər əldə edilən razılıqları pozur və danışıqları mürəkkəbləşdirir. “Biz tərəfləri güc tətbiq etməmək, ərazi bütövlüyünün qorunması və xalqların öz müqəddəratını təyin etmə prinsipləri əsasında münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmağa yönəldilmiş səyləri davam etdirməyə çağırırıq”, - deyə rəsmi Moskva təmsilçisi qeyd edib. XİN nümayəndəsi bildirib ki, Minsk Qrupunun formatı razılaşdırılmış şəkildə fəaliyyət göstərir və Dağlıq Qarabağ ətrafında sülh prosesinin baza elementi olaraq qalır: “Bu barədə ABŞ dövlət katibi Hillari Klinton da regiona səfəri zamanı bildirib”.
***
Dünən iyunun 7-də ANS Azərbaycan Silahlı Qüvvələri Baş qərargahının cəbhədə son günlər gərginləşən vəziyyətlə bağlı qısa bəyanatını yayıb. Bəyanatda qeyd olunur ki, Azərbaycan ordusu öz torpaqlarını istənilən an hərbi yolla azad etməyə qadirdir. “Cəmi 10 gün kifayət edər ki, Azərbaycan Silahlı Qüvvələri işğal altında olan ərazilərimizi azad edərək İran və Ermənistanla dövlət sərhədlərinə qədər gedib çıxsın. Bizi bu addımdan saxlayan yalnız bir səbəb var ki, o da artıq insan qanı tökülməsi və qurbanlar verilməməsidir”, - deyə Baş qərargah bildirir.
***
Yaponiyada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan da panorama.am agentliyinə cəbhədəki vəziyyət və erməni qüvvələrinin itkiləri ilə bağlı bəyanat göndərib. Həmin bəyanatda Sərkisyan təmas xəttində baş verənləri “Azərbaycanın təxribatı” adlandırır və bildirir ki, o, Ermənistan ordusuna bu kimi hallara qarşı “sərt cavab” əmri verib. Ermənistan dövlət başçısı deyir ki, onun ölkəsi vəziyyətin gərginləşməsində maraqlı deyil və münaqişənin ancaq danışıqlar yoluyla, Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etmə hüququ çərçivəsində həllinin mümkünlüyünə inanır. “Ermənistan silahlı qüvvələri ciddi əmr alıblar ki, təmkini saxlasın və ayıq-sayıqlıq göstərsin, eyni zamanda düşmənin istənilən təxribatının qarşısını alsın və onu cəzalandırsın”, - deyə düşmən ölkənin başçısı bildirib. Sərkisyan deyib ki, istənilən erməni döyüşçüsünün həlak olması bütün erməni xalqı üçün itkidir, o bu itkilərin əvəzinin çıxılacağını da deyib.
***
Xatırladaq ki, Ermənistan və erməni diasporu son insidentlərə görə məsuliyyəti Azərbaycan tərəfinin üzərinə ataraq genişmiqyaslı həyasız kampaniya başladıblar. İrəvanda iyunun 7-də keçirilən yürüş də bu kampaniyanın bir hissəsidir. İrəvanda təxminən 60-70 erməni Azərbaycanla sərhəddə öldürülən 3 erməni əsgərinin “xatirəsini anmaq” üçün yürüş keçirib. Yürüş Azadlıq meydanından başlayıb, prezident iqamətgahının və Ermənistan XİN-in binası qarşısında yekunlaşıb. Aksiya iştirakçıları prezident Sərkisyana və XİN-ə ünvanlanmış məktubu təqdim ediblər, orada Azərbaycanla bütün danışıqların dayandırılması, erməni tərəfinin itkilərinə görə “adekvat cavab” verilməsi tələb olunur.
***
Beynəlxalq ekspertlər də Qarabağ münaqişəsinin alovlanaraq tezliklə irimiqyaslı müharibəyə səbəb ola biləcəyinə dair xəbərdarlıqlarını qüvvədə saxlayır. Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru, uzun müddətdir Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti araşdıran Sabina Freyzer “Turan” agentliyinin xahişilə ABŞ dövlət katibi Hillari Klintonun İrəvan və Bakıya səfərini şərh edərkən bunları deyib: “Çox müsbət haldır ki, Hillari Klinton Cənubi Qafqaz ölkələrinin hər birində Dağlıq Qarabağ münaqişəsi mövzusunu qaldırıb. Bu, Ermənistanla Azərbaycan arasında toqquşmalar barədə məlumatların daxil olması fonunda baş verib. Bu toqquşmalar zamanı erməni tərəfdən üç, Azərbaycan tərəfdən beş əsgər həlak olub. Bütün bunlar ondan xəbər verir ki, vəziyyət olduqca gərgindir”. Ekspert deyib ki. ATƏT-in Minsk Qrupuna və 2011-ci ilin yayında Azərbaycanla Ermənistan prezidentlərinin Kazan görüşünə olan ümidlər özünü doğrultmadı və atəşkəs rejiminin pozulması genişlənir. Vəziyyətin nəzarətdən çıxa bilmə təhlükəsi var, Ermənistanla Azərbaycan isə hər itkiyə görə qisas almaq üçün atəşə başlaya bilər: “Lakin əgər bu baş verərsə, tərəflərə uçurumun kənarından çəkilmək və ya müharibəni tez udmaq çox çətin olacaq”.
***
Ekspert xatırladıb ki, Hillari Klinton Bakıda “Mən hər iki prezidentə vəd etmişəm ki, münaqişənin həllinin tapılmasına və bu faciəvi vəziyyətdə ölümə son qoyulmasına öz dəstəyimi verəcəyəm” bildirib. Freyzerin qənaətincə, bu, dövlət katibinin sülh axtarışında iştirak etmək niyyətini açıq şəkildə bəyan etməsi ilə bağlı ilk haldır. Bu, çox müsbət bəyanatdır. 2008-ci ilin payızından Rusiya, xüsusilə də keçmiş prezident Medvedyev danışıqlar prosesində aparıcı rol oynayıb. Rusiyada seçkilərdən, həmçinin Rusiyanın sazişi təmin etməyə qadir olmamasından sonra ABŞ, Rusiya və Aİ-nin vasitəçilik səyləri üzrə əməkdaşlıq etməsi lazımdır. “Ümid edirəm ki, indi ABŞ daha mühüm rol oynayacaq”, - deyə ekspert vurğulayıb. “Ən sonda Azərbaycan və Ermənistan özləri sülh sazişini istəməlidir. Bu, ABŞ, Aİ və Rusiya tərəfindən qəbul etdirilməməlidir. Son günlər baş verən ölüm halları gələcək itkilərin başlanğıcı olmamalıdır və bunlar açıq şəkildə göstərir ki, silahlı münaqişənin bərpası hər iki tərəfdən ciddi itkilərə səbəb olacaq. Münaqişəni asan başa vurmaq və tez qələbə çalmaq ümidi ilə başlamaq olmaz. Əgər döyüşlər yenidən başlasa, uzun müddət davam edə bilər və daha geniş əraziyə keçər. Hətta Gürcüstanda da hiss edirlər ki, müharibə başlayarsa, onlar da əziyyət çəkəcəklər. Hazırda dinc nizamlanmanın yolunu tapmaq üçün qonşularla və böyük dövlətlərlə iş aparmaq üçün münasib vaxtdır. İşğal olunmuş bir və ya iki rayonun azad edilməsi, məcburi köçkünlərin ora qaytarılması bu prosesin başlanğıcı ola bilər”, - deyə Sabina Freyzer bildirib.
***
Qafqaz üzrə rusiyalı ekspert Aleksandr Krılova görə isə lokal toqquşmaların artaraq müharibəyə səbəb olması ehtimalı aşağıdır. Onun sözlərinə görə, nə qədər ki, tərəflər arasında qüvvələr balansı radikal şəkildə dəyişməyib, irimiqyaslı hərbi əməliyyatların başlanması az ehtimal edilir. Ekspertə görə, təmas xəttində lokal toqquşmalar arta bilər, ancaq bu ümumi situasiyanı dəyişməyəcək. Çünki tərəflərdən heç biri hələlik müharibənin başlanmasını istəmir. Krılova görə, Qarabağda irimiqyaslı müharibə ancaq Cənubi Qafqaz və onun ətrafında vəziyyətin dramatik şəkildə dəyişəcəyi halda başlaya bilər.
F.MƏMMƏDOV

Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.