13 Şubat 2012 Pazartesi

Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu bəyanat yayıb

Sənəddə Fransa Senatının qondarma erməni soyqırımına dair qanunu pislənir

 Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu Fransa Senatının qondarma erməni soyqırımına dair qəbul etdiyi qanunu pisləyən bəyanat yayıb. Sənəd Fransanın Qırğızıstandakı səfirliyinə təqdim edililb. Bildirilir ki, Fransa Milli Assambleyası və Senatındakı ermənipərəst deputatlar 1915-ci il hadisələrindən siyasi məqsədlər üçün istifadə edirlər. Bu da söz və fikir azadlığının, insan hüquqlarının kobud surətdə pozulması deməkdir. Əslində bu hadisələrə siyasətçilər deyil, tarixçilər qiymət verməlidirlər. Türkiyə hökuməti arxivlərin açılmasını, bu işə alimlərin cəlb olunmasını və bununla da tarixi həqiqətin üzə çıxarılmasının təklif edib. Ermənistan isə bu çağırışlara cavab vermir. Buna görə də Fransanın Türkiyəni bu hadisələrdə ittiham etmək cəhdləri mənasız və əsassızdır. Bəyanat müəllifləri qeyd edir ki, Fransa sözün əsil mənasında ədalət carçısıdırsa, ermənilərin Xocalıda törətdikləri soyqırımı 20 ildən sonra görsün, pisləsin və tanısın.

1 yorum:

  1. Fransa Milli Assambleyası və Senatındakı ermənipərəst deputatlar 1915-ci il hadisələrindən siyasi məqsədlər üçün istifadə edirlər. Bu da söz və fikir azadlığının, insan hüquqlarının kobud surətdə pozulması deməkdir.

    YanıtlaSil

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.