18 Şubat 2012 Cumartesi

Almaniya Bundestaqının İşçi Qrupu Qarabağ münaqişəsi ilə bağlı sənəd yayıb

Sənəddə Xarici Siyasət üzrə İşçi Qrup Almaniya Federal Hökumətini bir sıra məqamlara diqqət yetirməyə səsləyir

 Almaniya Bundestaqının Xarici Siyasət üzrə İşçi Qrupu “Dağlıq Qarabağ münaqişəsinin 20 ili: Münaqişənin sülh yolu ilə həlli üçün yeni bir təkan” adlı sənəd yayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

  Sənəddə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınaraq, Azərbaycan torpaqlarının hələ də erməni silahlı qüvvələrinin işğalı altında olması, BMT TŞ-nın münaqişə ilə bağlı 4 qətnaməsinin qəbul edilməsi, 1994-cü ildən bəri tərəflər arasında atəşkəs əldə olunsa da təmas xəttində mütəmadi şəkildə insidentlərin baş verməsi, Almaniyanın bu münaqişənin həllində öz mövqeyini dəyişməməsi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyin təmin olunmasında oynadığı rol öz əksini tapıb.

  Sənəddə Xarici Siyasət üzrə İşçi Qrup Almaniya Federal Hökumətini aşağıdakı məqamlara diqqət yetirməyə səsləyir:

1. ATƏT, NATO və BMT-dəki tərəfdaşlarımızla birgə Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayrılması, münaqişənin sülh yolu ilə həlli üçün bütün tərəflərin siyasi kompromislərə hazır olması, təmas xəttində yaşayan insanların həyatlarının təhlükəsizliyinə təminat verilməsi və qarşılıqlı etimad yaratma tədbirləri həyata keçirilməsi;
2. Münaqişənin həllində Avropa İttifaqının (Aİ) rolunun artması, Minsk qrupunda Fransanın tutduğu yerə Aİ-nin gətirilərək, münaqişə tərəfləri arasında vasitəçilik edə biləcək və Aİ-nin konkret mandatına malik olan Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi müəyyənləşdirilməsi;
3. Şərq Tərəfdaşlığı çərçivəsində Ermənistan və Azərbaycanın siyasi və iqtisadi cəhətdən bir-birinə yaxınlaşdırılması üçün bütün mümkün vasitələrdən istifadə olunması və bu çərçivədə regional münaqişənin həlli mexanizminin işlənib hazırlanması;
4. Dağlıq Qarabağ münaqişəsinin həllində əsas ölkə olan tərəfdaşımız Rusiyanın status-kvonun saxlanması üçün deyil, regiondakı silahlanma yarışının dayandırılması və daimi sülhün təmin olunması üçün daha konstruktiv addımlar atmağa çağırılması;
5. Dağlıq Qarabağ münaqişəsinin həllində konkret inkişafın olacağı təqdirdə təhlükəsizlik siyasəti sahəsində Aİ ilə Rusiya arasında dialoqun genişləndirilməsi;
6. Aİ üzvlüyünə namizəd ölkə olan Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmağa dəvət olunması və bununla da Ermənistanın Türkiyə ilə sərhədlərinin rus ordusu tərəfindən qorunmasına ehtiyac qalmayacağını düşünərək, Cənubi Qafqazda silahlanma yarışının dayandırılması;
7. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində oynadığı konstruktiv rolun və regiondakı öhdəliklərinin yerinə yetirilməsinin dəstəklənməsi.

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.