14 Şubat 2012 Salı

ABŞ-da YAŞAYAN AZƏRBAYCANLILAR ERMƏNİSTAN SƏFİRLİYİNİN QARŞISINDA AKSİYA KEÇİRƏCƏKLƏR

ABŞ-dakı Azərbaycan icması Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə fevralın 24-də Ermənistanın Vaşinqtondakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək.

APA-nın Vaşinqton müxbiri xəbər verir ki, aksiyada Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı pislənəcək, aksiya iştirakçıları erməni terrorunun bütün qurbanlarına ədalət tələb edəcəklər.

Polis aksiyanın keçirilməsinə razılıq verib. Təşkilatçılar bildiriblər ki, lazımı qanuni prosedurlara əməl olunmasından və hava şəraitindən asılı olaraq iştirakçılar Ağ Evə qədər yürüş edə bilər.


Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.