Translate

16 Temmuz 2016 Cumartesi

Prezident İlham Əliyev Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyib



"Prezident İlham Əliyev Türkiyədə baş vermiş hadisədən ciddi narahat olub, dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyib".

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev bütün gecə Türkiyədə baş verən hadisələri həyəcanla izləyib, yaşanan proseslərdən dərin narahatlıq keçirib.

" Azərbaycan Prezidenti bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pisləyib, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dərələndirib", deyə açıqlamada qeyd olunub.

Ə. Həsənov bildirib ki, prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib, bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib.

"Azərbaycan dövlət başçısı Türkiyədə çevriliş cəhdinin qarşısının alınması, vəziyyətin sabitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri alqışlayıb, qardaş ölkədə qısa zamanda vəziyyətin normallaşacağına ümidvar olduğunu bildirib" deyə, bildirib. 

"Cənab İlham Əliyev Türkiyədə baş vermiş dövlət çevriliş cəhdi nəticəsində həlak olmuş insanlara Allahdan rəhmət diləmiş, onların yaxınlarına başsağlığı verib, bütün yaralılara şəfa arzulayıb" deyə Həsənov qeyd edib . 


& VƏTƏNSEVƏRLƏR


BİZ DOST DEYİL , QARDAŞIQ !


ACINIZ ACIMIZDIR...


&  VƏTƏNSEVƏRLƏR

XALQ DİRƏNİŞ GÖSTƏRDİ, HƏRBÇİLƏR MƏĞLUB OLDU

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbula gəlib. O, bir daha xalqı meydanlara, hava limanlarına çağırıb.
O bildirib ki, bu çevirilişi hazırlayanlar “bunun hesabını çox-çox ağır ödəyəcəklər”.
“Bir olacağıq, birlikdə olacağıq, birlikdə Türkiyə olacağıq” deyən prezident hadisə ilə bağlı detallı açıqlama verməyib.


TTV.AZ & VƏTƏNSEVƏRLƏR

TÜRKİYƏDƏ ÇEVRİLİŞƏ CƏHD EDİLDİ...

16 İYUL 2016 - CI İL, 03-53.

XALQ DİRƏNİŞ GÖSTƏRDİ, HƏRBÇİLƏR MƏĞLUB OLDU



ÖLƏNLƏR VƏ YARALANANLAR VAR 


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan artıq İstanbuldadır. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbula gəlib. O, bir daha xalqı meydanlara, hava limanlarına çağırıb.
O bildirib ki, bu çevirilişi hazırlayanlar “bunun hesabını çox-çox ağır ödəyəcəklər”.
“Bir olacağıq, birlikdə olacağıq, birlikdə Türkiyə olacağıq” deyən prezident hadisə ilə bağlı detallı açıqlama verməyib.

***


NTV xəbər verib ki, çevrilişə cəhd edən hərbi qruplaşmanın girov götürdüyü Baş Qərargah rəisi Hulisi Akar xüsusi əməliyyatla azad edilib.

***
Türkiyə Milli Təhlükəsizlik Nazirliyi (MİT) hərbi çevriliş cəhdi barədə məlumat yayıb. MİT-in media müşaviri Nuh Yılmaz canlı yayında bildirib ki, çevriliş cəhdinin qarşısı alınıb. Bəzi yerlərdə lokal müqavimətlər var, oralarda da xalq kütlələri çevrilişçilərin üzərinə yürüyür. Müşavir çevrilişə cəhdə iştirak edənlərin hamısının vətənə xəyanət maddəsilə mühakimə olunacağını deyib.

***

Anadolu agentliyi xəbər yayıb ki, çevrilişçilər hərbi təyyarədən Türkiyə parlament binasına raket zərbəsi endiriblər. Xəbərə görə, bəzi parlament görəvliləri və polislər yaralanıb. Binadan alov dumanı qalxdığı deyilir.

AKP-dən deputat Leyla Şahin agentliyə deyib ki, raket zərbəsi binanın bir hissəsini tutub, lakin ciddi zərər və tələfat yoxdur. Deputatlar və mətbuat nümayəndələri də işlərini davam etdirilər. Deputat binaya raket atan təyyarənin vurulduğunu da deyib.

***

Türkiyə Hərbi Hava Qüvvələrinə aid F-16 təyyarəsi çevrilişə cəhd edənlərin əlində olan «Sikorski» helikopterini vurub. Məlumatı Anadolu agentliyi yayıb.

***
Ankara Polis İdarəsi çevrilişə qalxan hərbçilərin ikinci hücumuna məruz qalıb. Anadolu agentliyi xəbər verir ki, döyüş təyyarələri və vertolyotları ilə həyata keçirilən hücum nəticəsində Çölbaşı Xüsusi Təyinatlılar Qərargahı vurulub, 17 polis həlak olub.

Başqa bir xəbərə görə isə TRT-ni ələ keçirmək istəyən 1 rütbəli və 4 əsgər polis və mülki şəxslər tərəfindən zərərsizləşdirilib.

***
Məlumatlara görə, hakimiyyəti ələ keçirməyə qalxan hərbçilər İstanbulun müxtəlif yerlərində onlara etriaz edən dinc sakinlərə atəş açıb. Atəş nəticəsində bir neçə nəfərin yaralandığı, bir nəfərin isə həlak olduğu deyilir.

***

Çevrilişə cəhd edənlərdən həbs olunanlar var. Anadolu agentliyinin yaydığı məlumata görə, İstanbulun vətən Prospektində bir polkovnik və 3 əsgər prokurorluq əməkdaşları tərəfindən saxlanılaraq göz altına alınıb.

Bu arada Anadolu agentliyi çevriliş cəhdini Baş Qərargahda müşavir vəzifəsində olan polkovnik Məhərrəm Köşə-nin planladığını iddia edib. Agentlik yazır ki, Köşə ilə yanaşı planda polkovnik Mehmet Oğuz Akkuş, mayor Erkan Ağın,  podpolkovnik Doğan Uysal və başqaları da yer alıb.

Xəbərə görə, çevrilişə cəhd göstərənlərə qarşı əməliyyat başlayıb, həbs olunanlar var.

Sosial şəbəkələrdə, xüsusən də tvitterdə Türkiyədən olan istifadəçilərin mütləq əksəriyyəti “darbe ye hayır” deyə mesajlar yazırlar. İstifadəçilər içərisində Ərdoğan hökumətini bəyənmədiklərini ifadə edənlər də, bununla belə hakimiyyət dəyişikliyinin seçki ilə olmasını istədiklərini, hərbi çevrilişə qarşı çıxdıqlarını yazırlar.

***

Əsgərlər Atatürk Hava Limanını tərk edir, vətəndaşlar dəstələrlə hava limanına yürüyür. Xəbəri Anadolu agentliyi yayıb.

***
1-ci ordu komandanlığı açıqlama yayıb. Açıqlamada baş verənlərin bütövlükdə Silahlı Qüvvələrə aid olmadığı, onun içindəki kiçik bir qrupun əməli olduğu bildirilir.

1-ci ordu komandiri general Ümit Dündar bəyan deyib ki. SQ bu hərəkəti dəstəkləmir və çevriliş etmək istəyən qrupla bağlı lazımı ölçü götürüləcək.

Dəniz Qüvvətləri komandanı da hərbi çevrilişi qəbul etmədiklərini bəyan edib.

***
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Ankarada prezident iqamətgahı önündə hərbi vertolyotlardan açılan atəşlər nəticəsində dinc vətəndaşlardan yaralananlar var. İnsanlar polislərin köməyi və şəxsi avtomobilləri ilə yaralıları xəstəxanalara daşıyır.

***

İstanbulda Vətən Prospektində və Ankarada Baş qərargah Başçılığı qarşısında vətəndaşlar, tankların üzərinə çıxaraq hərbi çevrilişə qarşı çıxdı.

***
Bursa, Balıkesir, Çanaqqala, Kütahya, Yalova, Eskişehir və Bilecikte vətəndaşlar, İstanbul və Ankaradakı hərbi çevrilişə qarşı çıxıb.

CNN Türk-ə canlı bağlanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş verənləri milli iradəyə, ölkənin birlik və bərabərliyinə yönəlik qiyam cəhdi adlandırıb. Ərdoğan xalqın gücünün üstündə güc olmadığını, xalqın qiyamçılara layiqli cavab verəcəyini bildirib. O, bu olayların arxasında «paralel quruluşun» dayandığını bildirib: «Demokratiyaya qarşı çıxanlar bunun bədəlini ağır şəkildə ödəyəcək. Tarix boyu qiyamçılar uğur qazana bilməyib. Gec və ya tez yox olublar. Bu dəfə də belə olacaq. Meydanı onlara buraxmayacağıq!». Ərdoğan xalqa səslənərək hamını meydanlara və hava limanlarına səsləyib, özünün da xalqın arasında olacağını bildirib: «Qoy, xalq meydanlara çıxsın. Onlar da top-tüfəngi ilə gəlsinlər. Görək, neyləyəcəklər».

***

Keçmiş baş nazir Əhməd Davutoglu xalqa müraciət edib. Müraciətdə deyilir:” Əziz millətim, 1 noyabr seçkilərində təcəlli edən milli iradənizə sahib çıkacağımızdan şübhəniz olmasın.

Bu ölkədə seçilmiş prezidenti və seçilmiş parlamentə sahib çıxmaq hansı partiyaya səs vermiş olursa olsun hər kəsin ortaq vəzifəsidir.

Milli iradəyə sonuna qədər sahib çıxacağıq. Müasir hüquq dövləti zərbələrlə deyil, demokratiya və milli iradə ilə qorunur.

****

Ankarada Beştəpə-dəki Prezident İqamətgahı ətrafında silah səsləri eşidilib. Hərbi vertolyotlardan atəş açıldığı deyilir. Çox sayda insanın iqamətgaha doğru yürüdüyü də gələn xəbərlər sırasındadır. Xəbəri Anadolu agentliyi yayıb.

***

Ankarada parlament binası önünə tanklar gətirilir.

***
CHP sədri Kılıçdaroğlu da çecriliş cəhdinə qarşı çıxıb: “Bu ölkə çevrilişlərdən çox çəkdi. Eyni sıxıntıların təkrarlanmasını istəmirik. Cümhuriyyətə və demokratiyaya sahib çıxırıq”.

***
Ərdoğan xalqa müraciətində çevrilişə cəhd edənlərin kiçik bir qrup olduğunu və onların çox sərt cəzalandırılacağını bildirib. Prezident bəyan edib ki, Ali Baş Komandan olaraq orduda ən yüksək əmr sahibi odur. Ondan xəbərsiz bunu edənlər məhkəmədə cavab verəcəklər.

***

MHP sədri Baxçalının baş nazir Yıldırımla telefon əlaqəsi saxlayaraq hökumətin yanında olduqlarını bəyan etdiyi bildirilir. Xəbəri Nazirlər Kabineti yayıb.

***

Cihan agentliyi xəbər verir ki, İstanbul və Ankara prokurorluqları çevrilişdə iştirak edən hərbçilərin həbsinə order verib.

***

“Yurdda Sülh Şurası dövlət idarəçiliyini həyata keçirəcək”. Ordu adından bütün dövlət idarəçiliyini ələ aldıqlarını bəyan edən hərbçilərin müraciətində belə deyilir.
Müraciətin məzmunu bundan ibarətdir ki, ölkədə Atatürkçü dünyəvi dövlət modeli təhlükədədir, korrupsiya idarəçiliyə sirayət edib, bütün bunların qarşısını almaq üçün isə işlək hüquq sistem yoxdur. Buna görə də Ordu məsuliyyəti üzərinə götürür.
Müraciət çevrilişə qalxan hərbçilərin ələ keçirdiyi dəvlət televiziyasından – TRT1-dən Türkiyə Silahlı Qüvvələri adından yayılıb.

***

Məlumatlara görə hərbçilər TRT-1 kanalını da ələ keçiriblər. Hazırda TRT-1 vasitəsilə hərbçilərin müraciətini oxunur.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qaldığı evin önündə polislər yüksək təhlükəsizlik tədbirləri görürb. Evin yerləşdiyi küçə hər iki tərəfdən xüsusi təyinatlı polis qüvvələri tərəfindən qapadılıb. Evin qarşısında isə gücləndirilmiş polis postu qurulub

İstanbul Atatürk hava limanında uçuşlar dayandırılıb. Hərbi sahədən aeroporta daxil olan hərbçilər idarəetmə qülləsini tutaraq, uçuşları dayandırıb.

***

Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar bir qrup hərbçi tərəfindən girov götürülüb. Qərargah rəisi ilə birlikdə bir neçə general da girov götürülüb.

Bəzi kütləvi informasiya vasitələri xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da girov götürülüb. Lakin Reuters xəbər verir ki, Ərdoğan təhlükəsiz yerdədir, girov götürülməsi yalan xəbərdir.



CNN Türk-in canlı yayımına qoşulan Türkiyənin Baş nazir Binali Yıldırım maraqlı açıqlamalar verib. Onun açıqlamalarından, hansısa qüvvələrin dövlət çevrilişinə cəhd etdiyi anlaşılıb: “Müəyyən bölgələrdə dövlətin əmanət etdiyi silahları alıb dövlət işçilərinə qarşı istifadə edən bir sıra məsuliyyətsiz  qruplar var. Bunu edənlərin kimlər olduğunu ən qısa müddətdə müəyyənləşdirəcəyik. Bu qruplara qarşı təhlükəsizlik qüvvələrimiz hərəkətə keçmişdir”,- deyə baş nazir bildirib.




AZADLİQ.İNFO  &  VƏTƏNSEVƏRLƏR


6 Temmuz 2016 Çarşamba

TÜRK TARİXİ YENİDƏN YAZILACAQ

Basdırılmış Piramidalar

Çin mənbələrinə görə, Türklər eradan əvvəl 5-15-ci minilliklər arasında Orta Asiyada sivilizasiyanın ən parlaq dönəmini yaşayıblar. 
Dünyanın ən qədim piramida və mumyaları Çin ərazisindədir.

Çində bir çox piramida var və bəzisinin hündürlüyü 300 metrə çatır! Məsələn, Misirdəki Xeops ehramının hündürlüyü cəmi 157 metrdir. Bu piramidalar Misirdəki Giza piramidalarından daha qədim və böyükdür. Bəzi fərziyələrə görə, Çində qədim türklər tərəfindən tikilmiş 100-dən çox piramida var. Bu piramidalar Çinin Xian şəhərindən 100 km məsafədə yerləşən Qin Linq Şan dağlarında yerləşir. Çindəki piramidalar, arxitektur quruluşuna görə, Cənubi Amerikadakı piramidalara daha çox bənzəyirlər. Bu piramidalar Misir mənbələrində adı keçən Uyğur türkləri tərəfindən inşa edilib. Bəzi iddialara görə isə Çindəki piramidaların içindəki mumyalar, Misirdəki mumyalara nisbətən daha yüksək texnologiya ilə hazırlanıb. Türkiyəli alim Kazım Mirşan bu günə qədər sirri açılmayan 184 Misir heroqlifini qədim türkcə ilə oxumağı bacarıb. Onun oxuduğu mətnlərə görə, mumyalama texnologiyası eradan əvvəl 3.000-ci illərdə Altaylardan gətirilib. Çindəki mumyalarda bir çox sirr var. Məsələn, çinli alimlərin bir qadın mumyası üzərində apardığı tədqiqat nəticəsində, at tükü ilə tibbi əməliyyat aparıldığı üzə çıxıb!

Çin hökuməti uzun illər bu piramidaları mətbuatdan və tarixçilərdən gizlədib. İlk dəfə piramidalar 2-ci dünya müharibəsi zamanı Hindistandan Çunqkingdə C54 tipli təyyarə ilə yük daşıyan Ceyms Qausmann tərəfindən görülüb. Səfəri zamanı təyyarənin mühərriklərindən birində problem ortaya çıxır və Ceyms alçaq bir təpəyə qonmaq məcburiyyətində qalır. Onun fikrincə Piramidanın kəlləsindəki daş kristaldandır. O, piramidanın üzərində 3 dəfə dövrə vurduqdan sonra geri qayıdır. Ceyms təyyarədən piramidaların fotosunu çəkir və bu fotolar ilk dəfə 1957-ci ildə “Life” jurnalında nəşr edilir.

1994-cü ildə almaniyalı tarixçi Hartviq Hausdof bu bölgəyə səfər edir və bir çox fotolar çəkir. Amma bu fotolardan cəmi bir neçəsi dərc edilir. Alimin gündəliyində bu qeydlər var: “1994-cü ildə Çinə səfər etdim. Çinin Şensi əyalətinin Xian şəhəri ətrafındakı qadağan edilmiş əraziləri gəzdim. 6 ədəd piramida tapdım. 1994-cü ilin oktyabr ayında bu əraziyə yenidən gəldim və fotoaparatımla 18 dəqiqə gəzərək uzaqdan bəzi fotolar çəkdim. Fotoları evdə diqqətlə nəzərdən keçirdiyim zaman qəribə mənzərə ilə qarşılaşdım. Ərazidə bir çox piramida var idi. Bu günə qədər 2 min kvadrat kilometrlik ərazidə 100-ə yaxın piramida saydım”.




Bu ərazi niyə qadağan olunmuş ərazi sayılır? Niyə burada foto çəkmək və arxeoloji qazıntı aparmaq qadağan edilib? Niyə, Çin dövləti piramidaların üstündə ağac əkərək onları gizlətməyə çalışır? Yəqin ki, Çin dövlətinin ərazisindəki çox qədim Uyğur mədəniyyətini gizlətməsi müəyyən məqsədlərə xidmət edir. Uzun illərdir Türk millətinin daim köçəri həyat yaşadığı bütün tarix kitablarında öz əksini tapıb. Təbii ki, türk milləti köçəri həyat yaşayıb. Amma uyğur kimi bəzi türk tayfaları şəhər həyatına keçib və böyük mədəniyyətə sahib olub. Əgər eradan əvvəlki qədim tarixdə qitələrin bitişik olduğunu düşünsək, Misir, Çin, Maya, Aztek, İnk, Zi Aqurat piramidalarının türklər tərəfindən inşa edildiyini demək olar. Çox güman ki, Çindəki qədim piramidalarda arxeoloji qazıntılar aparılsa, dünya mədəniyyəti və sivilizasiyası kökünün Türk millətinə bağlı olduğu üzə çıxacaq. Piramidalar açıldıqdan sonra qədim dünya tarixi yəqin ki, yenidən yazılacaq.

Araşdırmalara görə, piramidalar Çinin Xian şəhərində, qədim İpək Yolunun başlanğıcında yerləşir. Bir versiyaya görə bu tikililər Qədim Uyğur İmperatorluğundan qalıb. İrili-xırdalı 100-dən çox piramida var. 16 piramidadan ibarət olan kompleksin mərkəzində yerləşən Bəyaz Piramidanın hündürlüyü 300 metrdir. Çin dövləti tərəfindən burada arxeoloji qazıntı aparmaq qəti qadağan edilib. Piramidaların üzərinə torpaq tökülərək ağac əkilib. Bəzi piramidalar isə Mərkəzi Amerika piramidaları üslubunda tikilib.

Məlum olduğu kimi Misirdən əvvəl mükəmməl surətdə insan mumyalama Altaylarda mövcud olmuşdur. Altaylarda isə bu işi uyğur türkləri həyata keçirirmiş. Çin əfsanələrinə görə, Uyğur türkləri 17 min əvvəl sivilizasiyalarının pik nöqtəsində idilər. Təbii ki, bu piramidalar da Uyğur İmperatorluğu zamanında inşa edilib. Artıq dağılmış tikililəri də nəzərə alsaq, onların inşası eradan əvvəl 5-15-ci minilliklərə aiddir. Çünki Uyğur imperiyası məhz bu dönəmdə sivilizasiyasının pik nöqtəsində idi.

Piramidaların bəziləri hal-hazırda pis vəziyyətdədir. Onlar daşdan deyil, torpaq və gildən hazırlanmışdır. Bölgədə yaşayan bəzi insanlar piramidaların bir hissəsini söküb şəxsi tikintidə istifadə ediblər.
Çinli arxeoloq professor Xia Nira gələcək nəsillər tərəfindən burada arxeoloji qazıntılar aparılacağına ümid edir. Çünki bu piramidalar böyük sivilizasiyadan, böyük mədəniyyətdən xəbər verir.

Bu məsələyə türkiyəli alim Oktan Keleşin maraqlı yanaşması var. Onun fikrinə görə, İslam Peyğəmbərinin məşhur “Elm Çində də olsa ardınca gedin” kəlamında böyük hikmət gizlənib. Peyğəmbərin dövründə də Çin mədəniyyəti məlum idi. Amma niyə məhz başqa uzaq ölkə yox, hədisdə Çinin adı çəkilib? Peyğəmbərimiz gələcək nəsillərə hansısa gizli ismarıcmı ötürüb?




Çində bu ərazidə yaşayan bəzi kəndlilərlə söhbət zamanı maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, 70-80 il əvvəl bu ərazilər qadağan sayılmırmış və sadə çinli kəndlilər piramidaların yaxınlığında mal-heyvanlarını otarır, əkin-biçinlə məşğul olurmuşlar. Amma maraqlısı odur ki, Piramidaların yanında otlayan heyvanların südü bol olurmuş və orada bitən hansısa bitki bir çox xəstəliklərin dərmanı imiş. Daha maraqlısı odur ki, o ərazidə yaşayan çinlilər buddist deyil və Göy Tanrı inancına inanırlar və təxmini hesablamalara görə Çində 20 milyon çinli bu inanca sahibdir.

Oktan Keleş piramidalarla çox maraqlanmış. O, yaşlı bir çinlinin rəhbərliyi ilə piramidaya girmək qərarına gəlir. Onlar piramidaya yaxın bir yerdə təbii bir mağaranın içinə girirlər və qaranlıqda 40-50 metr məsafə qət etdikdən sonra 3 yol ayrıcı olan bir əraziyə gəlib çatırlar. Sonra 7-8 metr dərinliyə enirlər. Burada geniş bir salona çatırlar. Çinli rəhbər piramidanın içində olduqlarını söyləyir. Burada onlar qəbir otağına girirlər.

Oktan Keleş bu otaqda boyu 2 metrə yaxın bir mumya olduğunu bildirir və qaya üzərində bir çox işarə və simvolların olduğunu söyləyir. Bu simvolların içində ay, ulduz və qurd başları var idi. Salonu işıqlandıran alim 3 metr hündürlükdə, qranitdən yonulmuş bir baş heykəli ilə qarşılaşır. Heykəlin üstündə qoşa buynuza oxşar bir şey olduğunu, başının ortasında isə ay-ulduz simgəsinin nəzərə çarpdığını bildirir.

Heykəlin yanında isə qucağında uşaq olan başqa bir qadın heykəli də olub. Çinlinin sözlərinə görə, mumya kişi cinsinə mənsub bir şəxsindir və 30 il əvvələ qədər siması daha dəqiq seçilirmiş. Sonradan çinli kəndlilər mumyanı qopardıqları üçün artıq meyid çürüməyə başlayıb. Hətta ayaqlarında çəkməyə bənzər bir əşya da olub. 7-8 dəqiqədən sonra rəhbər artıq piramidanı tərk etməyin vaxtı yetişdiyini işarə edib.

Çinli rəhbərin verdiyi məlumata görə, qoşabuynuzlu heykəl Oğuz Xağanın simvoludur. Piramidanın alt təbəqəsində başqa bir mumya var və bu mumya qətiyyən xarab olmayıb. Bundan başqa salonda minlərlə daş kitabə var. Kitabələrin üzərində qədim yazılar həkk olunub. Yəqin ki, nə vaxtsa bu piramida və abidələr arxeoloqların üzünə açıq olacaq. Bu zaman isə biz əminliklə deyə bilərik ki, Türk tarixi yenidən yazılacaq. Dünyanın bir çox sirlərinə aydınlıq gətiriləcək.



Hikmət HƏSƏNOV

İNTERPRESS.AZ   &  VƏTƏNSEVƏRLƏR


30 Haziran 2016 Perşembe

1 iyul Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ Savaşının iştirakçısı Asif Məhərrəmovun ( Fred Asif ) vəfatı günüdür

Milli Qəhrəman Asif Məhərrəmov ( Fred Asif ) haqqında orijinal materialları bu ünvandan izləyə bilərsiniz :  IRSHAD TV 


1 iyul Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ Savaşının iştirakçısı və mənim uşaqlıq dostum Asif Məhərrəmovun ( Fred Asif ) vəfatı günüdür.
Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. On bir uşağı olan böyük bir ailənin ilk övladı idi. Uşaqlığı yoxsulluq içində keçib. Mənəviyyatı çox zəngin bir insan idi. Milli Qəhrəman Asif Məhərrəmov ( Fred Asif ) haqqında şəxsi arxivimdəki orijinal materiallardan yeri gəldikcə istifadə etmək müqəddəs borclarımdan biridir. Allah Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmova ( Fred Asif )  rəhmət eləsin.

ADİL İRŞADOĞLU & VƏTƏNSEVƏRLƏR

11 Haziran 2016 Cumartesi

BİNALİ YILDIRIM ANS-ə EKSKLÜZİV MÜSAHİBƏ VERDİ

AKP-nin yeni sədri 
mövcud problemlərə son qoyulacağını deyib.

                                          Binali Yıldırım-Türkiyənin baş naziri

Türkiyənin əsas hədəflərindən biri  qonşu ölkələrlə problemlərə son qoymaqdır. Bunu ANS-ə eksklüziv müsahibəsində Türkiyənin yeni baş naziri Binəli Yıldırım deyib.

Azərbaycanın Türkiyə ilə birgə nəhəng layihələrdə yer aldığını vurğulayan hökumət başçısı ən böyük layihənin iki ölkə qardaşlığının olduğunu söyləyib.

Binəli Yıldırımın sözlərinə görə, Azərbaycanla Turkiyə dünyaya meydan oxuyacaq vacib layihələrə imza atacaq. O bir daha vurgulayıb ki, Azərbaycanın dostu Türkiyənin dostu, düşməni düşmənidir.

AK partiyanın yeni sədri digər qonşularla da dostluq münasibətlərinin qurulacağını, mövcud problemlərə son qoyulacağını deyib.


& VƏTƏNSEVƏRLƏR