Translate

31 Mart 2017 Cuma

AZƏRBAYCANLILARIN MART SOYQIRIMI... IRSHAD TV - Nİ İZLƏMƏYİ UNUTMAYIN...

AZƏRBAYCANLILARIN MART SOYQIRIMI...
DƏQİQ FAKTLARA SÖYKƏNƏN BU MARAQLI YAZINI AXIRADƏK OXUMAĞINIZI VƏ PAYLAŞMAĞINIZI XAHİŞ EDİRƏM. ALLAH RƏHMƏT ELƏSİN. QƏBİRLƏRİ NURLA DOLSUN. QƏBİRLƏRİ OLMAYANLARA İSƏ ALLAH MİN RƏHMƏT ELƏSİN. RUHLARI BİZDƏN İNCİMƏSİN...

İZLƏMƏK ÜÇÜN BURAYA DAXİL OLUN :  IRSHAD TV


İZLƏMƏK ÜÇÜN BURAYA DAXİL OLUN :  IRSHAD TV

28 Mart 2017 Salı

HƏRBİ EKSPERTDƏN "HAZIR OLAQ" ÇAĞIRIŞI

Üzeyir Cəfərov: “Ermənistan hər an hücuma keçə bilər, qarşıdakı günlərdə ordumuz hazır olmalıdır”



Ermənistan üçün məğlubiyyətlə sonuclanan 2016-cı ilin 2-5 aprel əməliyyatlarının bir ilinə və işğalçı ölkədə 2 aprel parlament seçkilərinə sayılı günlər qalmış Ermənistan prezidenti Serj Sərkisyan müharibə bəyanatlarını artırıb. Serj Sərkisyan Dağlıq Qarabağa son gəlişi zamanı deyib ki, ötən ilin aprel döyüşləri zamanı itirdikləri yüksəkliyi (Lələtəpə yüksəkliyini nəzərdə tutur) geri qaytarmaq üçün əmr verməməsinin səbəbi var. O qeyd edib ki, iki seçimi var idi. Birinci seçim - yüksəkliyi geri qaytarmaq üçün əks-hücuma keçmək əmri verməli idi, ancaq bu halda ən azı yenə 100 nəfər itki ola bilərdi. İkinci seçim – hərbçilərimin sağ qalması üçün yüksəkliyin itirilməsiylə barışmalı idi. Uşaq qatili olan Sərkisyan özünü tərifləyərək “güclü siyasətçi” kimi ikinci seçimə üstlük verdiyini deyib. O deyib ki, insan həyatını ancaq güclü siyasətçi qoruya bilər. Sərkisyan sonra Azərbaycanı “İsgəndər” raketləri ilə hədələyib. Lazım olarsa gözünü belə qırpmadan “İsgəndər” raketlərinin Azərbaycana atılması üçün əmr verə biləcəyini sərsəmləyib.

Martın 27-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistan prezidenti Serj Sərkisyanın “İsgəndər” operativ-taktiki raketlərindən istifadə edilməsinə əmr verəcəyi barədə bəyanatına cavab verib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Serj Sarkisyanın bu bəyanatı öz cinayətkar dəstəsinin itirilmiş nüfuzunu bərpa etmək və seçkiqabağı xal toplamaqla reytinqini yüksəltmək məqsədilə daxili auditoriyaya hesablanmış primitiv bir addımdır: “Düşmən tərəf anlamalıdır ki, Azərbaycanın işğal edilmiş əraziləri, o cümlədən Ermənistanda yerləşən bütün hərbi təyinatlı və digər strateji əhəmiyyətli obyektlər ordumuzun son illər ərzində əldə etdiyi ən müasir raket və artilleriya qurğularının daim hədəfindədir.

Ermənistan tərəfindən yarana biləcək istənilən təhdid və hədələrin qarşısı dərhal və qətiyyətlə alınacaq. Görüləcək cəza tədbirləri nəticəsində Ermənistanın məruz qalacağı irimiqyaslı itkilər və dağıntılar qaçılmaz olacaq, onun üçün faciəvi və bərpası mümkün olmayan fəsadlara gətirib çıxaracaq. Odur ki, Ermənistanın rəhbərliyi belə məsuliyyətsiz bəyanatlar verməzdən əvvəl əhalisinin aqibətini düşünməlidir”.

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycan qarşıdakı bir həftədə həmişəkindən qat-qat diqqətli və hazır vəziyyətdə olmalıdır. Artıq Ermənistan prezidentinin psixoloji gərginliyinin pik həddə olduğu özünü göstərir. Onun son günlər davranışları, bəyanatları, hətta əsgərlər qarşısına pinti geyimdə çıxması da bunu deyir: “Belə bir adam hər an cəbhə xəttində genişmqiyaslı döyüşlər əmri verə bilər. Sərkisyanın “Gözümü qırpmadan Azərbaycana “İsgəndər” raketlərinin atılması əmrini verməyə hazıram” açıqlamasını verməsi də onu deməyə əsas verir ki, bu adam çox gərgin psixi durumdadır və keçən ilin aprelində düçar olduğu uğursuzluğun əvəzini çıxmaq və əhali arasında itirdiyi nüfuzunu bərpa etmək arzusundadır. Ona görə də Sərkisyan istənilən təxribata getməyə hazırdır və gedə də bilər. Sərkisyan keçən ilin aprelində xalqa söz vermişdi ki, itirdikləri yüksəklikləri nəyin bahasına olur-olsun geri alacaq. Bir il keçir, lakin Sərkisyan bu vədini yerinə yetirə bilməyib. İndi də parlament seçkisi gəlib çatıb və seçki məhz aprelin 2-dədir. Qarşıdakı günlərdə terrorçu Serj Sərkisyan orduya hücum əmri verə və ya gizli şəkildə təxribatlara başlamaq göstərişi verə bilər. Ona görə də Azərbaycanın Müdafiə Nazirliyi, ordumuz tam hazır vəziyyətdə olmalıdır. Hər an hücum, təxribatlar baş verə bilər. Qəfil hücumlara və təxribatlara həmişəkindən qat-qat hazır olmaq vacibdir”.

Təcrübəli hərbi ekspert qeyd etdi ki, əgər Ermənistan hücuma keçsə, Azərbaycan ordusu təkcə müdafiə olunmaqla kifayətlənməməlidir, Ermənistanı lərzəyə salan cavab tədbiri görməlidir, hücuma geniş miqyaslı əks-hücumla cavab verməlidir: “Azərbaycanın buna kifayət qədər hərbi imkanları var. Azərbaycanda ən müasir, hətta 3-cü, 4-cü nəsil silahlar var. Hətta Vladimir Putin bu yaxınlarda dedi ki, Azərbaycana T90-S tankları satılıb. Ermənistanda bu tankların nəinki eynisi yoxdur, hətta onlara yaxını belə, yoxdur. Ermənistanın işğalçı ordusunu çökdürmək mümkündür. Ermənistan bu dəfə də hücum etsə, aprel hadisələri təkrarlansa və Azərbaycan ordusu əks-hücumunu sona qədər davam etdirməsə şəxsən mən buna sərt şəkildə münasibətimi ortaya qoyanlardan biri olacağam. Çünki bizim ordunun erməni təxribatçılarını yuvalarına qədər qovmaq imkanı var və bu imkandan istifadə edilməlidir. Ötən bir il sübut etdi ki, Azərbaycanın səbrindən Ermənistan və havadarları sui-istifadə edir, Ermənistan münaqişənin sülh yollu ilə həllində maraqlı deyil”.



Etibar Seyidağa,
Musavat.com

RUSLAR İRƏVANDAN QARABAĞA BAXMAQ İSTƏMİR

BÖYÜK QARABAĞ OYUNU DEYƏSƏN, BİTİR 


                                                        Zahid Oruc

Hər zaman Rusiyanın Ermənistanda hərbi hərəkətlərini diqqətlə izləyən cəmiyyətimiz üçün ötən həftə İrəvanda keçirilən bir beynəlxalq forum gerçəkdən də heç bir maraq doğurmadı. Kimsə bunu qardaş Türkiyə ilə Qərb arasında güclənən siyasi qarşıdurmanın informasiya məkanımızda bəlli səbəblərdən daha çox dominantlıq etməsiylə əlaqələndirə bilərdi, lakin media və bloqosfer dünyamızın vətəndaşlıq duyğuları, siyasi birlik və həmrəylik ehtirasları Ağrı dağının ətəyinə toplanmış “Valday forumu” iştirakçılarının səsini bütövlükdə batıra bilməzdi,əgər qonşuda əleyhimizə atəş açılsaydı!

2004-cü ildən başlayaraq, Rusiyanın dünyaya ideya ixracının mühüm platformasına çevrilmiş Valday konfransı hər il prezident Vladimir Putinin siyasi arsenalında dayanan fikir və mülahizələri, mühüm strateji planları öyrənmək üçün yüzlərlə beynəlxalq miqyaslı alim, siyasətçi və informasiya quruluşlarının yığışdığı arenaya çevrilir. Doğrudur, Münhen Təhlükəsizlik Sammiti ilə müqayisədə Böyük Novqoroda-Valday gölü ətrafına can atan dövlət başçıları, nüfuzlu ideoloji klublar və beyin mərkəzləri təmsilçilərinin sayı minlərlə olmasa da, lakin Putinin hər addımını öyrənmək üçün müntəzir dayanan düşüncə kontorları - onun rəqibi sayılan çeşidli dövlət nümayəndələri Rusiyanın adı ilə bağlı olan heç bir tədbiri nəzərdən qaçırmaq istəmirlər.

Breyn-rinq və məhəlli maymaq

Lakin Ermənistanda keçirilən tədbirin gözlənildiyindən daha az effekt doğurması tamam başqa amillərlə bağlıdır. Prezident Serj Sərkisyanın strateji miqyasda təhlil apara bilmədiyini, belə brey-rinqin standartlarından kənar olduğunu nəzərə alan İrəvan hakimiyyəti son illər adı siyasi varis kimi hallandırılan müdafiə naziri Vigen Sərkisyanı baş məruzəçi qismində irəli sürmüşdülər. Əslində, düz də etmişdilər, çünki Poznerlə söhbətdə özünü “məhəlli maymaq” kimi aparan birisinin regional trendi formalaşdırmaq üçün qurulmuş tribunanı dar ağacına çevirəcəyini yaxşı bilirdilər. İnsafən, Sərkisyan erməni milli potensialının üzə çıxardığı ən zəif fiqurdur.

Hər halda hər gün Rusiya televiziyalarında sürətli və iti nitqləri ilə dünyanı dəyərləndirilən alim, politoloq və siyasi aparıcıların qarşısına qlobal düşüncədən kənar olanları itələmək Cənubi Qafqazın intellektual dövlət elitası ilə öyünən biriləri üçün ölümə bərabər akt olardı. Milli siyasi məkanı gündəlik boyat xəbərlərlə doldura bilmədiyinə görə yad ölkələrin sosial-iqtisadi həyatı, yaxud maraqları ilə yüklənməyə məcbur qaldığını ayıq ermənilər çoxdan açıq söyləyirlər.

Konseptual düşüncə və sistem analizləri ilə məşğul olan Hraçya Arzumanyan mənsub olduğu ölkənin siyasi vakuum şəraitində yaşamasını erməni dövlətçiliyinə vurulan ən böyük zərbə hesab eləyir. Həqiqətən də millətin başını yaşamaq uğrunda mübarizəyə qatanda, ictimai institutlar məhv ediləndə və köklü vətəndaş azadlıqları, mənəvi dəyərləri ayaqlar altında tapdananda təkcə xarici maliyyə yardımları deyil, həmçinin ideya və fikir idxalı da qaçılmaz olacaq.

Lakin İrəvandakı “Valday forumu”nun ortaya qoyduğu reallıq bizim üçün tamam başqa idi. 90-cı illərin Azərbaycanı Rusiya məkanında onun maraqlarını peşəkar qoruyan adamları tapmaq əvəzinə düşmənlərini hər gün artırmaqda davam edirdi. Doğrudur, təcrübə yox idi. Hamıya elə gəlirdi ki, maraqları qorumaq yalnız diplomatların işidir. Ona görə də dünyada nüfuz qazanmış istənilən peşə sahibini informasiya savaşında öz səngərinə çəkməkdənsə, hər gün təklənən Bakı yalnız sonrakı illərdə dünya şöhrətli Mstislav Rostropoviçi tipajlı şəxsləri axtarıb taparaq, onlardan lobbi maraqları üçün istifadəyə başladı.

Rusiya televiziyalarında isə Qurnovdan Sorokinayadək, Storovoytovadan Saxarovadək onlarla iriçaplı ictimai personalar hər gün Azərbaycanı mühakimə edir, erməni xalqının apardığı silahlı mübarizəni dünyaya azadlıq və ədalət uğrunda müqəddəs savaş kimi təqdim edirdilər. İndi vəziyyət xeyli dəyişib.

Ruslar İrəvandan Qarabağa baxmaq istəmir

Aleksandr Rarı dünyanın ekspert camiəsi yaxşı tanıyır. O, Almaniya-Rusiya arasında münasibətlərdə mühüm rol oynayan beynəlxalq araşdırmaçılardan biridir. Putindən bəhs edən dünya şöhrətli kitabların müəllifi bilirsizmi İrəvanda nə deyir? Diqqət edin-daim 90-cı illər Yeltsin dövrünün antiazərbaycan siyasətinin ağrısına köklənən və işğal faktından kənarlaşa bilməyən rusofoblar üçün görkəmli fikir adamı Rarın açıqlaması əsil məhkəmə hökmü sayıla bilər. O, deyir ki, Valday klubunun üzvləri öz aralarında razılaşdılar ki, Qarabağ münaqişəsinə toxunmasınlar. Eşitdinizmi? Bəli, ruslar İrəvandan Xankəndinə erməni gözü ilə baxmaq istəmir. Tarixi dəyişiklik, beyinlərin yenidən formatlandırıması adlandırıla biləcək bu hadisə gerçəkdən də inanılmazdır. Söhbət heç Kremlin direktivlərinin daha kəsilməsindən də getmir. Onsuz da Gümrünün sərhədlərini aşan 102-ci bazanın hərbi kontingenti Qafqazdan ayağını çəkməyəcək imperiyanın kimliyini yaxşı göstərir. Amma ruslar dünya siyasəti üçün yeni axtarışlara çıxanda Ağrı dağının ətəyində oturub türklər və azərbaycanlıları kölgəsini qılınclayan ermənilərlə eyni dildə danışmırlar. Bu, ağıla gətiriləsi iş deyil. Təsəvvür edirsizmi, ermənilər öz milli davalarını illər ərzində rus hərbçiləri ilə yanaşı, Moskva intellektuallarının çiyninə necə yükləyirdilər.

Azərbaycanın qələbəsi və rusların yeni obrazı

Deyəcəksiz ki, bilmək olmaz kim-kimdən istifadə edirdi. Olsun. Lakin son illər Moskva-Bakı arasında qurulan yüksək münasibətlər Rusiyanın siyasi-informativ resurslarının əleyhimizə işləməsini xeyli durdurub və bunun nəticəsində Ermənistanda bir əsrlik onları türklərə və azərbaycanlılara qarşı alətə çevrildiyini dərk edən asilər hərəkatı meydana çıxıb. Rarın dediyi odur ki, vaxtilə Bakının neft mədənlərini tankların tırtılları altına almaq istəyən rus hökuməti indi regionda qurulmuş balansı zədələmək istəmir. Çünki ağrılı mövzu adlandırdıqları Qarabağda növbəti toqquşma erməni tərəfinin-deməli, ənənəvi müttəfiqliyin ziddinə ola bilər və Azərbaycanın qələbəsi rusların regionda yeni obrazını formalaşdıra bilər. Rar belə ssenarini gördüyündən bunu İrəvanda açıq söyləməyi doğru saymır. Lakin başqa bir Rusiya ağırçəkilisi-Rossiya-1 televiziyası və “Sputnik” media şəbəkəsi, həmçinin, “Russia Today” telekanalının rəhbəri Dmitriy Kiselyov isə daha kəskin bir leksikonla erməniləri rüsvay edir. Onun çıxışını Rusiyanın Azərbaycana silah satmasına şimaldan verilən ən yaxşı cavab saymaq olar. Kiselyov bəyan edir ki, rəsmi Bakı hərbi texnikanı və sursatı bizdən möhkəm valyuta ilə alır. Nəticədə qazandığımız pulla Ermənistana heç də hər zaman əvəzi ödənilməyən sialh verməli oluruq. Lakin ən önəmlisi, Bakı və Moskva arasında qarşılıqlı təsir mühiti yaranır, əks halda Azərbaycan onsuz da dünya ilə açıq hərbi ticarət siyasətini yürütməkdə azaddır.

Eyni sözləri rus akademiki Vitali Naumkin də birbaşa tribunadan narazılıq edənlərin ön cərgəsində oturmuş Edvard Nalbəndyanın üzünə söyləyir.

“Valday” konfransını əldə fürsət kimi tutan erməni hakimiyyəti 21-ci əsrin ruslarını öz ideoloji davalarına qoşa bilmədiyindən son tədbiri Bakı Humanitar Forumuna alternativ kimi irəli sürməyə heç kəs cəsarət etmir. Əksinə, politoloq Fyodr Lukyanovun “müharibə başlasa, toqquşmaların Azərbycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərində getdiyi günə qədər Rusiya tərəfindən müdaxilə olmayacaq” bəyanatı hər halda rəsmi dövlət adamı olmasa da, tanınmış bir şəxsin hər gün erməni səhra komandirlərinin qurduqları böyük hərbi xəyallara zərbə sayıla bilər.

“Valday” intellektual meydanı döyüş poliqonu kimidir-orada rus çəkmələri altında qalan erməni beynini bizə açıq göstərdi. Düşməni təkcə səngərdə deyil, istənilən məkanda məğlub eləmək lazımdır. Rusiyanın təkcə dövlət resursu ilə deyil, bütün varlığı ilə qarşımıza çıxmağa çalışanların meydanını daraltmaq üçün geniş miqyasda işləmək lazımdır. Yoxsa, hər gün şahnazaryanları, miqranyanları, balayanları rus efirində görüb Putinə asi düşmək Qarabağdakı tankdan və topdan Moskvaya yaylım atəşi açmağa bərabər küfrdən başqa bir iş olmayacaq. Axı dünya hərb tarixi öyrədir ki, düşmənini başqa ölkədə qarşılayıb məğlub etmək daha itkisiz başa gəlir.

Azərbaycan “Valday” forumunu keçirsəydi, Rusiyanın intellektualları qarşısında İrəvana top atacaq dostlarımız kimlər olardı?




(Yazı "Axar.az" saytından götürülüb) 

24 Mart 2017 Cuma

PETROSYAN BİR DAHA TƏLƏB ETDİ : “QARABAĞI TƏCİLİ QAYTARAQ"

24 Mart 2017 / 15:45


Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyan parlament seçkilərində əsas şüar olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini irəli sürür.
Petrosyan Dağlıq Qarabağ münaqişəsinin təcili həllinin vacibliyini vurğulayır və qeyd edir ki, “nə qədər gec deyil Ermənistanın inkişafı üçün münaqişə həll edilməlidir”.

Ter-Petrosyan münaqişənin “Madrid prinsipləri” çərçivəsində həllinin tərəfdarıdır.

Ermənistan mediasının məlumatına görə, Petrosyan seçki kampaniyası çərçivəsində çıxışı zamanı bir daha bildirib ki, ölkənin gələcək inkişafı üçün münaqişə hazırki şərtlər (ərazilərin qaytarılması-red) daxilində həll edilməlidir: “Geciksək, nəticə bizim üçün daha pis olacaq”.

Xatırladaq ki, Petrosyan ötən ilin dekabrında keçirilən partiyasının qurultayında ərazilərin qaytarılması və münaqişənin təcili həll edilməsi ideyasını gündəmə gətirmişdi.

“Erməni Milli Konqresi”nin nümayəndəsi Levon Zurabyan da dünən jurnalistlərə açıqlamasında Qarabağda sülh və ölkədə korrupsiya ilə mübarizə proqramı hazırladıqlarını bildirib.

O qeyd edib ki, seçkidə qalib gələrək, yeni hökuməti formalaşdırmaq imkanına nail olsalar, “Madrid prinsipləri” çərçivəsində Qarabağda sülh sazişinin imzalanmasını həyata keçirdəcəklər.
Qeyd edək ki, Ter-Petrosyanın bu ideyası Ermənistanda hakim dairələr tərəfindən “vətən xainliyi” olaraq təqdim edilir.

Lakin Ermənistan cəmiyyətində ərazilərin Azərbaycana qaytarılması və münaqişənin sülh yolu ilə həll edilməsi ideyasını əksəriyyət dəstəkləyir. Xüsusilə övladlarının Qarabağda ölməsini istəməyən erməni vətəndaşlar Petrosyanın ətrafında birləşiblər.

“Lragir” saytı da yazır ki, övladlarının Qarabağda ölməsini istəməyən valideynlər Levon Ter-Petrosyanı dəstəkləyir.

Hazırda Ermənistanda seçkiöncəsi vəziyyət olduqca gərgindir. Serj Sarkisyan partiyasının seçkidə qələbə çalması üçün bütün vasitələrdən istifadə edir. “Ohanyan-Raffi-Oskanyan” (keçmiş müdafiə naziri Seyran Ohanyan, “İrs” Partiyasının sədri Raffi Ovanesyan və keçmiş xarici işlər naziri Vardan Oskanyanın birgə yaratdığı blok) seçki blokunu dəstəkləyən Samvel Babayanın həbsinin də məhz əsas rəqiblərin sıradan çıxarılması gedişi olduğu hesab olunur.

Qondarma “DQR”-in keçmiş “müdafiə naziri” olmuş Babayanın aprelin 2-də keçiriləcək parlament seçkilərindən sonra silahlı qiyam hazırladığına dair informasiyalar var.


Asif,
Publika.az

“ƏSGƏRLƏRİNİZİ ÇƏKİN, HÜCUM EDƏCƏYİK”

ANKARADAN MOSKVAYA 4 TƏLƏB
24 Mart 2017 / 17:45



Rusiyanın nəzarətində olan Suriyanın Afrin bölgəsindən açılan snayper atəşi nəticəsində Türkiyənin Hatay bölgəsinin Rehyanlı vilayətində əsgər Hüseyn Köroçun ölümündən sonra Ankara-Moskva arasında münasibətlər gərginləşib.

Türk əsgəri PKK-nın Suriya qolu olan PYD tərəfindən şəhid edilib.

Bu hadisəyə görə, Rusiyanın Türkiyədəki hərbi ataşesi Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə Rusiyanın qarşısında 4 məsələ qaldırıb:

1. Anlaşmaya görə, Afrin bölgəsi Rusiyanın nəzarətindədir. PYD-nin orada nə işi var? Snayperlə türk əsgərini necə şəhid edə bilirlər?

2. Rus əsgərlərini Afrindən çıxardın. Türkiyə təhdid olacağı təqdirdə, bölgəyə hücum edəcək. Rus əsgərləri hansı məqsədlə oraya yerləşdirilib?

3. Bölgədə Türkiyəyə qarşı hansısa hücum olsa, daha sərt şəkildə müdaxilə ediləcək. Bu məsələdə məsuliyyət Rusiyanın üzərindədir.

4. Baş verənlərlə bağlı Türkiyə məlumatlandırılmalıdır.


Asif,
Publika.az

18 Mart 2017 Cumartesi

ÇANAQQALA DÖYÜŞÜ...

Tаnrı türkü yаrаtdığı ilk аndаn оnа iki şеy bəxş еdib - əbədi düşmən və bu düşmənə dirəniş göstərə biləcək güc-qüvvə. Еlə bir qüvvə ki, türk оğlu ən çıxılmаz аndа bеlə оnа söykənib, inаnılmаz qəhrəmаnlıqlar göstərə bilsin.



İZLƏMƏK ÜÇÜN BURA DAXİL OLUN : IRSHAD TV

12 Mart 2017 Pazar

HƏQİQƏTLƏR STRESS YARATMADI...

12.03.2017 / 12-00

                                                Rafiq Turabxanoğlu

Son vaxtlar internet üzərindən, bir çox həyati məsələlərə, açıq şəkildə izahlar verməyə çalışdım. Mən hər zaman belə izahlara, cəmiyyətin ehtiyacı var dedikdə, alternativ fikir həmkarlarım, inandırmağa çalışırdılar ki, dünya sivilizasiyasından uzaq olan toplumlarda, belə müzakirələr stress yarada bilər. 

İnternet əsrində, toplum arasında belə bir stresin ola biləcəyinə, mənim münasıbətim hər zaman mənfi olub. Odur ki işə başladım və izah etdim ki, dünyada mədəniyyət deyilən anlayışın fundamental əsası, insan toplumu və bu toplumun gündəlik təlabatını ödəmək prinsipləri əsasında yaranıb və inkişaf edir. Burada prinsipial cəhət odur ki, insan gündəlik təlabatını ödəmək üçün, daha sivil formalar kəşf edib onu cəmiyyətə tətbiq edə bilsin.
  
Tarixi mahiyyətinə görə dünya əhəmiyyətli əsər sayılan, Kitabi Dəddəm Qorqud məhz bu prinsiplərin, Türk xalqlarına anladılmasına xidmət etmiş və edir də. Mübaliğəsiz şəkildə deyim ki, mənə görə bu kitab, dünyada tanış olduğum bütün müqəddəs kitablardan öndə getməyə layiq olan bir mənbədir. Bu kitabda çox məntiqli şəkildə izah olunur ki, dünyada və o cümlədən də Türk xalqlarında insan toplumu, yaranışdan bu günə, Yağmalama mədəniyyəti adında bir darvanış formasını, öz gündəlik həyatına daxil edib və onu yaşadır ki, öz yaşamını təmin edə bilsin.  Təbii ki, bu mədəniyyət tarixi inkişafın tələblərinə uyğun olaraq, hər zaman təkmilləşərək, böyük bir sənət aləmini və mübaliğəsiz deyərdim ki, incə sənət dünyasını gündəlik həyatımıza gətirib. Amma unutmaq olmaz ki, Yağmalama mədəniyyətinin, başlıca vəzifəsi insan toplumu ilə bu toplumun gündəlik təlabatının tənzimlənməsinin zaman üçün ən sivil formasını tapmağa, onu cəmiyyətə tətbiq etməyə aitdir. Təbii ki, Yağmalama mədəniyyətinin çatışmayan cəhətləri çoxdur və zamanla bağlı üzərində formaca müxtəlif təkmilləşmə məqsədli dəyişikliklər aparılıb. Odur ki, dünyanın sahib olduğu bu günkü Yağmalama mədəniyyəti, hətta bizim eranın onuncu əsrində mövcud olan, Yağmalama mədəniyyətimizdən formaca köklü şəkildə fərqlidir.  Dünya sivilizasiyası, Yağmalama mədəniyyətinin məqsədinə xidmət edəcək daha bir mədəniyyət formasını da gündəmə gətirərək onun adına İstehsal mədəniyyəti, deyərək inkişafına nail olubdur. Bu mədəniyyət ən çox ikinci dünya muharibəsindən sonra gündəmə gətirilərək, əsasən qərb dövlətlərinin əsas prinsipinə çevrildi. Odur ki, qərb dünyası bu yolda bu gün çox böyük nailiyyətlərə sahib olubdur. Bu gün istehsal mədəniyyətinin nailiyyətləri, dünyanın insan cəmiyyətlərinə tədriclə tətbiq olunmaqdadır.

Xüsusi olaraq qeyd edim ki, mövcud problemin bu baxış bucağında anlaşılması ona görə vacibdir ki, bu gün sosial setdə, mübahisə mövzusu olan, bir çox beynəlxalq əhəmiyyətli məsələlərdən millət, xalq, dövlət, hökumət, demokratiya, avtokratiya, din, dini cəryanlar, ictimai təşkilatlar, siyasi partiyalar və bir çox buna bənzər anlayışlar, hər birimizin düşüncəsində öz fundamental həllini tapar.


Rafiq Turabxanoğlu.
hungar.net  

SABİR RÜSTƏMXANLIDAN ANTİ-TÜRKLƏRƏ SƏRT CAVAB

“Sanki ondan kimliyini soruşan var…” 
11 Mart 2017 14:42


                                              Sabir Rüstəmxanlı

Son vaxtlar Azərbaycanın bəzi tanınmış ictimai-siyasi şəxslərinin türkçülüklə bağlı sərgilədiyi mövqe həm sadə vətəndaşların, həm də ziyalıların sərt reaksiyasına səbəb olub. Onlardan əksəriyyəti sosial şəbəkələr və mətbuat vasitəsilə səsləndirilən fikirlərə cavab verirlər.

Irshadtv.com xəbər verir ki, xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da antitürk mövqeyindən çıxış edənlərə sərt cavab verib. Həmin yazını təqdim edirik :

“İctimai Televiziyada Anar Yusifoğlunun apardığı verilişə yarımçıq baxdım. Tanışlardan biri zəng vurdu, televizoru açdım. Bir dəstə tanınan, təcrübəli adam, millət vəkili dəvət olunmuşdu. Ölkə normal həyatını yaşayır, seçki də yoxdur, nə fövqəladə hadisə baş verib ki, bu adamlar belə təntənəylə bir araya gəliblər?

Baxdım ki, hamı təlaş içində azərbaycançılıqdan danışır. Çox gözəl! Azərbaycançılıq ölkənin əsas ideoloji xəttidir, ona sayğı hər bir vətəndaşın borcudur və bu gün bu ideologiyanı təhlükə altına alan heç bir olay, hərəkət yoxdur. Onda bəs bu adamları çilədən çıxaran nədir?

Əsas mətləb budur! Son vaxtlar bəzi siyasi xadimlər durub-durduqları yerdə tez-tez qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Biri deyir, “biz türk deyilik, hind-avropa irqiyik” (sanki ondan kimliyini soruşan var və ya hamı intizarla onun kimin törəməsi olduğu ilə maraqlanır); biri deyir, “dilimiz türk dili deyil”, biri deyir, “türk mahnıları bizim “bülbül cəh-cəhlərimizi” yarımçıq qoydu”, biri deyir, “türklər bizim düşmənimizdir”, biri deyir, “türk deyənlərin anasını ağladıb hamısını məhv etmək lazımdır”, biri deyir, “Xətainin qanı xristian qanıdır” və s. Yəni ölkədə faşizm səviyyəsində bir türk düşmənçiliyi və açıq-gizli rus heyranlığı baş alıb gedir. Birisi dönüb bunlara cavab verəndə ki, ay balam, mənim atam-babam türk olub, pasportunda milliyyəti türk yazılıb, mən də türkəm, o dəqiqə şivən qopur ki, sizin nə haqqınız var türk sözünü dilinizə alırsınız. Hətta bəzilərinin qudurğanlıqları və nadanlıqları o yerə çatır ki, 1937-ci ilin havasına girir, “bəsdir, türk sözü qadağan edilməlidir, özünü türk sayanlar məhv edilməlidir” və s.

Görəsən bunlar kimdir? Xocalı soyqırımı kimi etnik təmizləmə aparıb, Azərbaycan Respublikasının 9 milyon türk kökənli əhalisini – Azərbaycan vətəndaşını bütövlüklə yer üzündən siləcəklər? Onlar bu məhkəməlik cəsarəti hardan alırlar? Yaxşı, deyək ki, bizi qırıb qurtardılar, burda türk sözünü qadağan elədilər, bəs 35 milyonluq Güney Azərbaycan türkləri necə olacaq? Axı etnik və mənəvi qohumları olan farsların məhvetmə siyasəti heç bir nəticə verməyib və verməyəcək. Deməli, Azərbaycan türkünün taleyi tək burdakı avantürist və azərbaycanlı adı altında gizlənməyə çalışan etnik separatçılardan asılı deyil və şükür ki, belədir…
Kim nə deyir-desin, məncə, bunlar öz ağıllarıyla danışmırlar. Bunların çoxunun köhnə partiya namenklaturasından qopduqlarını, hələ də köhnə SSRİ xiffətiylə yaşadıqlarını nəzərə alsaq, xoruzun quyruğu görünəcək. Bəli, Azərbaycanda son dövrlərdə rus məktəblərinin artması, rusiyapərəstliyin açıq təbliğ edilməsi, milli dövlətçiliyimizə inamı azaldan yazıların, dedi-qoduların çoxalması və sair bir çox dilə gətirmədiyim əlamətlər hardansa düymənin basıldığını, gizli bir mexanizmin işə düşdüyünü və xəyanətkar bir dəstənin sürətlə aranı qarışdırmaq, “beşinci kolon”un ölkədə münaqişə ocaqları yaratmaq istədiyini göstərir. Yoxsa kiminsə özünə türk deməsi nə böyük hadisədir ki, bunların canına vic-vicə sala! Azərbaycanın çeşidli guşələrində hər gün mınlərlə adam “rusam”, “ləzgiyəm”, “avaram”, “talışam”, “kürdəm” deyir. Çox gözəl. Ölkənin multikulturalizm siyasəti bu şəraiti yaradıb. Bunun nəyi pisdir ki? Müxtəlif köklərdən gəlib bir gül dəstəsinə, bir göy qurşağına, sarsılmaz birliyə çevrilmişik…

Dünyanın hər yerində belədir. Etnik kimliyin bilinməsi normal cəmiyyətdə problem yaratmaz, əksinə, bunu gizlədib özünü səndən birisi kimi göstərib, ölkənin maraqlarını satanlar təhlükəlidir. Mən bu müxtəlifliyi Azərbaycanın sərvəti sayıram, bununla qürur duyuram və Vətəndaş Həmrəyliyi Partiyasını da bu birliyi daha da möhkəmləndirmək üçün yaratmışam. Bu xalqların hər birinin onlarla nümayəndəsi var dostlarım arasında. Bütün bunlar bəsit, hər kəsin bilməli olduğu həqiqət ikən, mənim özümü öz əsl kimliyimlə türk saymağımda nə qəbahət var ki, ağzımı açan kimi qarğa-quzğun dəstəsi qırıldaşmağa başlayır? Siz kimsiniz ki, müasir bir dövlətdə mənə milli mənsubiyyətini dilə gətirməyi yasaqlayasınz? Bunu Stalin bacarmadı, beriyalar, mikoyanlar bacarmadı, siz bacaracaqsınız? Və ümumiyyətlə, bu yeni stalinçilik səlahiyyətini kim verib sizə? Bəyəm sizin əslinizi-nəslinizi tanımırıq?

Heç olmasa, böyüklərimizi yada salın! Səməd Vurğun Moskvada Stalinə “Rəhbərə salam” şerini oxumuşdu: “Salam gətirmişəm hüzuruna mən, …çadrasız, boyasız TÜRK qızlarından”; Heydər Əliyev Türkiyəyə xitabən “biz bir millət, iki dövlətik” demişdi; ədəbiyyatımızın və tarıxımızın bütün keçmiş böyükləri özünü türk adlandırırdı… Bunu yaddaşlardan necə silmək istəyirsiniz?

Bəli, “azərbaycanlı” sözündə bir birləşdiricilik var və biz bu sözü sevə-sevə deyirik. “Azərbaycan” sözünün yer və dövlət anlamında neçə minillik yaşı var və istədilər-istəmədilər, əsrlər boyu buranın əsas əhalisi Azərbaycan türkləri olub və adlarını çəkdiyim xalqlarla tarixi bir qardaşlıq ailəsi qurub.
Ensiklopediya Azərbaycan dövlətinin rəsmi mövqeyini ifadə edir. Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” adlı xüsusi cildində oxuyuruq: “Azərbaycan Respublikasının əhalisi mürəkkəb etnik tərkibə malikdir… Ölkənin əsas əhalisini (90 faizindən çox) azərbaycanlılar təşkil edir”. Sonra digər xalqların adı və sayı göstərilir, həmin xalqlar haqqında məlumat verilir: talışlar, tatlar, kürdlər, yəhudilər, ləzgilər, avarlar, udinlər, Axıska türkləri, ruslar, ermənilər və s.

Milli Ensiklopediyanın 2-ci cildində isə qısaca, lakin yenə eyni məlumat təkrar edilir: “Əhalinin 90 faizini azərbaycanlılar, 2,2 faizini ləzgilər, 1,8 faizini ruslar, 1,5 faizini ermənilər, 1 faizini talışlar və s. təşkil edir”.
Çox bəsit bir sual çıxır ortaya, əgər azərbaycanlı birləşdirici bir kəlmədirsə, onda bəs bu xalqlar niyə özlərini azərbaycanlı yazdırmayıblar? Əgər onlar Azərbaycan vətəndaşı ola-ola öz etnik kimliklərini gizlətmirlərsə və bundan dünya dağılmırsa, onda yerdə qalan 9 milyonun öz milli və ya etnik kimliyini söyləməsində nə qəbahət var? Azərbaycanlı, yəni Azərbaycanda yaşayan! Biz Azərbaycanda yaşamaqla yanaşı, həm də öz adımız var: Türk! Türk kimliyimiz və Azərbaycan vətəndaşlığımız cahillərin müzakirə mövzusuna çevrilməməlidir!

Bu o qədər aydın olan bir məsələdir ki, müharıbə şəraitində, bu qədər ayrı problemimiz ola-ola bu mübahisələri ortaya atmaq özümüzü gülüş hədəfinə çevirməkdir. Kim özünü türk saymır, saymasın, gözümüz üstə yeri var, amma bütöv bir milləti də yox saya bilməz…

Əslində bu mübahisələr adamların savadsızlığını göstərir, bəlli olur ki, bunlar elə bilirlər, yeni nə isə icad ediblər. Halbuki, böyüklərimiz, o cümlədən M.Ə.Rəsulzadə ötən əsrin otuzuncu illərində azərbaycançılığın əhəmiyyətini geniş təhlil eləmişdi, lakin onlar azərbaycançılığı türkçülüyə qarşı qoymur, bunu vəhdətdə götürürdülər.

Düzü, bu boyda yazı-pozu içində məni ən çox heyrətləndirən akademik Çingiz Qacarın qeydləri oldu. Düzdür, millət vəkili Fazil Mustafa onun layiqli cavabını verib, lakin məsələ təkcə bir akademikin savadsız müsahibəsində deyil. Əsas məsələ bu yaşda adamın öz xalqına belə vəhşi nifrətində, məsuliyyətsizliyi və belə açıq böhtan atmaq cəsarətindədir. Hörmətli alimimiz məni bağışlasın, onun sözləri yuxu sayıqlamarına bənzəyir, heç bir ciddi adam belə sərsəm söz söyləməz. Başa düşmürəm bunların qəsdi nədir? Siz nə haqla Azərbaycanı dünyadakı yeganə etibarlı və sadiq dostundan, qardaşından məhrum etmək, araya düşmənçilik salmaq istəyirsinin? Axı siz uşaq deyilsiniz və məncə, tarixi də pis bilmirsiniz. Bu barədə xeyli əsəriniz var. Lakin bu sizə haqq vermir ki, erməni mövqeyindən fərqli olmayan bir mövqedən, belə türk düşmənçiliyi üfunəti yayasınız!
Ay hörmətli Qacar nəslinin nümayəndəsi, Türkiyə bizə heç bir yardım eləməsə də, yanaşı olmağımız yetərlidir. Mən hələ 1918-ci ildə Türk-İslam Ordusunun Azərbaycanın yardımına gəlməsə, Bakının taleyinin necə olacağını demirəm. Bunu siz də çox gözəl bilirsiniz! Türklər gəldi, bizi xilas elədi, ardınca Qızıl Ordu gələndə nə oldu? – Şuşada təkcə sizin nəsildən üç general öldürüldü. Yox, güllələrinə qənaət məqsədilə onları güllələmədilər, tikə-tikə doğradılar. Nə yaxşı yenə onların ayağından öpməyə hazırsınız?

Bu gün Azərbaycanda 1920-ci ilin 28 aprelinin, 1990-cı ilin Qanlı Yanvarının təkrarlanmasını istəyənlərin sayı artır. Buyursunlar. Biz türk olaraq hədəfinizdəyik. Ancaq şükür ki, tarix və millət öz hökmünü verib. Bu gün bütün sizin kimi seperatizm yavrularının, azərbaycançılıq adı altında etnik türkü yox sayanların, Rusiya və İran gizli agenturasının tula payı ilə yaşayanların avantürist yazılarına, xalqı aşagılamaq cəhdlərinə baxmayaraq, xalq öz dövlətinin arxasındadır. Müstəqil dövlət onlara istədikləri şəkildə gün ağlaya bilməsə də, onlar bəzi akademiklər və millət vəkilləri kimi gözlərini yumub agızlarını açmırlar, dövlət üçün hansı sözün və mövqeyin təhlükə yarada biləcəyini sizdən daha yaxşı bilir və bu məsələlərə daha məsuliyyətlə yanaşırlar…”   

BakiPost.az

7 Mart 2017 Salı

TÜRKÇÜLÜYÜ VƏ AZƏRBAYCANÇILIĞI BİR-BİRİNƏ QARŞI QOYMAQ OLMAZ

AZƏRBAYCANÇILIQ  TÜRKÇÜLÜYÜN VƏTƏN ƏXLAQI MÜSTƏVİSİNDƏ DƏRKDİR.
3 Mart 2017 12:37


                                           Nizaməddin Şəmsizadə

Son günlər azərbaycançılıq və türkçülüklə bağlı təzadlı fikirlərə çox rast gəlinir. Sosial şəbəkələrdə bu mövzular ətrafında geniş müzakirələr aparılır. Bu müzakirələrə bir çox alimlər, ziyalılar, millət vəkilləri qatılsa da, bəzi suallar hələ də açıq qalır. Publika.az bu suallara cavab tapmaq üçün azərbaycançılıqla bağlı bir neçə kitabın müəllifi, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadə ilə həmsöhbət olub :

“Ötən əsrin 90-cı illərində “türkün türkdən başqa dostu yoxdur” şüarı Azərbaycanda detonator rolunu oynadı”

- Azərbaycan cəmiyyətində türkçülük və azərbaycançılıq ideyaları bir çox hallarda bir-birinə əks mövqelər kimi təqdim olunur. Bu təqdimatla nə qədər razısınız?

- Çox sağ olun ki, bu mövzu ilə bağlı məndən müsahibə alırsınız. Bu, tamamilə yanlış fikirlərdir. Vaxtilə “Azərbaycançılıq” kitabını yazanda, müəllimim, mərhum türkçü akademik Tofiq Hacıyev mənə təəccüblə dedi ki, sən türk ruhlu adamsan, bəs niyə “Azərbaycançılıq” adlı kitab yazmısan? Bu məsələ ilə bağlı dəfələrlə müzakirələr aparılıb. Hesab edirəm ki, türkçülüyü və azərbaycançılığı bir-birinə qarşı qoymaq olmaz. Mən çox düşündüm ki, azərbaycançılıq nədir? Sonra kitabımın üzərində yazdım ki, azərbaycançılıq türkçülüyün Vətən əxlaqı müstəvisində dərkidir. Vətəni işğal altında olan xalq üçün vətənçilikdən böyük nə isə ola bilməz. Vətən əxlaqı isə mənim fikrim deyil, böyük türkçü Ziya Göyalpın sözləridir. Bu gün azərbaycançılıq türkçülüyə qarşı çıxmır. Amma ötən əsrin 90-cı illərində Azərbaycanda “türkün türkdən başqa dostu yoxdur” şüarı ortaya atılmışdı. Bu şüar Mustafa Kamal Atatürkün zamanında Türkiyə üçün özünü doğruldurdu. Amma Azərbaycanda doğrultmurdu. Çünki Mustafa Kamal Atatürk bunu xaricdən Türkiyəyə qarşı edilən müdaxilələrə qarşı söyləmişdi. Bizim cəmiyyət isə poletnik cəmiyyətdir. Azərbaycanda talış, tat, ləzgi, kürd və digər etnik qruplar var. Ona görə də “türkün türkdən başqa dostu yoxdur” şüarı Azərbaycanda ötən əsrin 90-cı illərində detonator rolunu oynadı.

Rəhmətlik Əbülfəz Elçibəy çox ağıllı və milli düşüncəli adam olsa da, bəzən ifrat millətçilik siyasəti yürüdürdü. Əbülfəz Elçibəy deyirdi ki, mən Çinə türk bayrağını sancacağam. Əbülfəz Elçibəy İrana qarşı da ifrat siyasət yürüdürdü. Bu isə doğru addımlar deyildi və ifrat millətçilik idi. Yaxşı düşünülməmiş siyasət hər zaman məğlubiyyət gətirir. “Mən kiməm” kitabımda da bütün bu dövrün hadisələrini yazmışam.
Bütün bunlara görə, hesab edirəm ki, azərbaycançılıq ideyası düzgün ideyadır, Azərbaycanda yaşayan bütün xalqların mənafeyini ifadə edir və əsla türkçülüyə qarşı deyil. Biz türkçülüyün azərbaycançılıq formatını qəbul etmişik. Onun üçün də dilimiz Azərbaycan dili oldu.
Digər tərəfdən isə bu məsələnin kökləri çox dərindir. Ötən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadə də bu məsələ ilə üzləşmişdi. O zaman rus imperiyasının tərtib etdiyi xəritələrdə Azərbaycan sözü yox idi, ancaq Qafqaz sözü işlənirdi. Bu zaman Məhəmməd Əmin Rəsulzadə İranda Güney Azərbaycanlılarla bağlı silsilə məqalələr çap etdirdi və Azərbaycan anlamını gündəmə gətirdi. Əslində, azərbaycançılıq ideyasının müəllifi də məhz Məhəmməd Əmin Rəsulzadədir.
O deyirdi ki, Azərbaycan təkcə coğrafi ad deyil, həm də siyasi anlayışdır. O, azərbaycançılığa ideoloji anlayış olaraq baxırdı. Sonra Heydər Əliyev də bu istiqamətdə önəmli addımlar atdı. Heydər Əliyevin Dünya Azərbaycanlılarının Qurultayında “mən fəxr edirəm ki, azərbaycanlıyam” söyləməsi buna misal idi. Heydər Əliyev dəfələrlə çıxışlarında deyirdi ki, bizim əsas ideologiyamız azərbaycançılıqdır.

Fikrimcə, indi türkçülüklə azərbaycançılığı qarşı-qarşıya qoyanlar məkrli məqsədlər güdürlər. Türkçülük hər zaman əsas olmalıdır. Biz millət olaraq türkük. Hər bir cəmiyyətdə də nə qədər millətin yaşamasından asılı olmayaraq, aborigen xalq kimdirsə, o əsasdır. Mən yazılarımda da qeyd etmişəm ki, azərbaycançılıq türk əsilli Azərbaycan xalqının ideyasıdır. Yəni, xalqın kökü türkdür.

“Son strateji məqsədimiz “Turan imperiyası” ideyasıdır”


- Bəzi türkçülər azərbaycançılıq düşüncələrini turançılığın “kiçik modeli” kimi görürlər. Sizcə, bu sağlam düşüncədir?

- Bu da düzgün yanaşma deyil. Mən dedim ki, azərbaycançılıq türkçülüyə qarşı deyil, əksinə onu möhkəmləndirir. Bu, tarixin üzə çıxardığı təzahürdür. Türkçülüyün, millətçiliyin son hədəfi turançılıqdır. Yəni, prioriteti ora doğrudur. Hətta, ötən il Qazaxıstanda Turan şəhəri açıldı. O tədbirə məni də dəvət etmişdilər, ancaq gedə bilmədim.
Azərbaycanda turançılıq ideyası Əli bəy Hüseynzadədən bəri mövcuddur. Əslində, “Turan imperiyası” ideyası da mövcuddur. Bütün bunlar isə bizim son strateji məqsədimizdir.

“Multikulturalizm məsələsində ifratçılığa getmək olmaz”

- Bəzi ziyalılar və siyasətçilər azərbaycançılıq və türkçülük ideyaları ilə bağlı ayrı-seçkilik məsələlərini Azərbaycanın Türkiyənin təsir dairəsinə düşməməsi üçün səsləndirildiyini düşünürlər. Siz necə düşünürsünüz, bu, doğrudanmı belədir?

- Ümumilikdə götürsək, mən bu cür düşüncələri doğru hesab etmirəm. Türkçülük monolit və vahid konsepsiyadır. Türkçülük, hazırda dünyanın böyük hissəsini idarə edən ideologiyadır. Türkçülüyün dərin tarixi kökləri var. Bu, ədəbiyyata əsaslanır. Misal üçün, vaxtilə Türkiyə türkləri Osmanlı türkləri adlanırdı. Biz isə türk adlanırdıq. Bu barədə dəqiq tarixi faktlar var. 1920-ci illərə qədər Azərbaycan vətəndaşlarının sənədlərində türk deyə qeyd olunurdu. Ona görə də bu məsələdə təxribatlara uymaq olmaz.
İsrail hərbiçiləri 2010-cu ildə Türkiyənin “Mavi Mərmərə” gəmisinə hücum edən zaman “Türkə yiyə - Türkiyə” adlı məqalə yazdım. Həmin məqalə çox məşhurlaşdı. Mən orada yazmışdım ki, dünyanın imperialist dövlətləri, xüsusilə ABŞ və Rusiya hər zaman dünyaya ağalıq etmək iddiasında olublar. Həmin dövlətlər dünyada böyük güc və nüfuz sahibləridir. İndi Türkiyə də dünyada böyük güc və nüfuz qazanıb. Xristian dövlətləri isə Türkiyənin bu qədər güclənməsini qətiyyən istəmirlər. Ona görə də həmin imperiyalar Türkiyənin yaxınlığında, Yaxın və Orta Şərqdə müharibələr, münaqişələr törədirlər. Məqsəd Türkiyənin dünyada olan nüfuzunu aşağı salmaqdır. Mən isə məqaləmdə yazmışam ki, imperialist dövlətlər bir məqamı unudurlar. Bu gün Türkiyənin arxasında bütün türk dünyası, son məqsədi Turan olan xalqlar dayanır. Bu səbəbdən də Türkiyəni türkçülükdən ayırıb məhv etmək olmaz. Nə qədər ki, biz ümumtürk konteksindən kənar çıxış edəcəyik, o vaxta kimi də heç bir uğur qazana bilməyəcəyik. Bizim ən düzgün strategiyamız hər zaman ümumtürk konteksində çıxış etməkdir. Yəqin ki, yadınıza gəlir, 2014-cü ilin aprelində Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışı zamanı Prezident İlham Əliyev “Türkiyə yoxdur, ancaq mən burdayam” deyə Serj Sarkisyana tutarlı cavab vermişdi. Hesab edirəm ki, bütün türk respublikalarının başçıları bir-birini bu cür müdafiə etməlidirlər. Əks halda xristian güc dövlətləri bütün türk respublikalarını parçalayıb, məhv edəcək.
Bu yaxınlarda Cənubi Azərbaycandan olan soydaşımız İran parlamentində möhtəşəm çıxış edərək, sonda da Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirib. Bilirsiz, türk xalqları indi oyanıblar. Vladimir Lenin əbəs yerə “Asiyanın oyanması” demirdi. Asiyanın oyanması hər zaman dünya güclərini qorxudub. Çünki Asiyada imperialist dövlətlərin böyük nüfuzu və gücü var. Onlar istəyir ki, indi də Asiyada öz güclərini qoruyub saxlasınlar. Baxın, bu gün Rusiyanın Orta Asiyaya nə qədər təsiri olsa da, ancaq onlara mane ola bilmir. Hər zaman xalqların durumunu onun tarixindən çıxış edərək qiymətləndirmək lazımdır.

Son zamanlar Azərbaycanda multikulturalizm dəyərləri geniş şəkildə təbliğ olunur və sairə. Bu çox yaxşı addımdır. Dünyada heç bir xalq başqa yerlərdə türklərin içərisində olduğu qədər rahat yaşamayıb. Türklər hər zaman xalqlara yaşamaları üçün imkan yaradıblar, onlara hörmət ediblər. Amma bu məsələdə də çox ifratçılığa yol vermək olmaz. Biz bunun mənfi nəticələrini tarixdə də yaşamışıq. Ötən sərin əvvəllərində ermənilərin bizə qarşı cinayətlərini tez unutduq, əsrin ortalarında erməniləri tərif edən “Qardaş olub Hayastan Azərbaycan” kimi şeirlər yazdıq. Amma nəticəsi necə oldu? Ermənilər yenə də bizə qarşı soyqırımlar törətdi, torpaqlarımızı işğal etdi. Ona görə multikulturalizm məsələsində də ifratçılığa getmək olmaz. Çünki tarix bizə bundan nəticələr çıxartmağı deyir.

“Qarışıq nikahlardan doğulan adamlar hər zaman yanlış düşünürlər”

- Bu yaxınlarda Araz və Zərdüşt Əlizadə qardaşları türklərə qarşı çox aşağılayıcı fikirlər səsləndirib. Buna münasibətiniz necədir?

- Hər bir şəxsin hərəkəti onun genindən, xislətindən gəlir. Dünyada ən mükəmməl şey gen, qan yaddaşıdır. Qanı və geni təmiz olan hər zaman təmiz olacaq. Ona xüsusi ideologiya lazım deyil. Hər bir xalqın öz ideologiyası var. Mənim azərbaycançılığım milli ideologiyadır.
Mən bayaq dedim ki, Azərbaycanda poletnik cəmiyyət mövcuddur. Eyni zamanda qarışıq nikahlardan doğulan adamlar hər zaman yanlış düşünürlər. Mən dəqiq deyə bilmərəm ki, Araz və Zərdüşt Əlizadə qardaşları da belədir. Çünki onları tanımıram. Ancaq onların türklərə və türkçülüyə qarşı fikirlərini çox yanlış hesab edirəm. Mən bu adamlar haqqında heç bir konkret fikir söyləmək də istəmirəm. Çünki xalq bu adamları yaxşı tanıyır. Gəlin, hamıya məlum olan sözləri deyib özümüzü hörmətdən salmayaq.

“Ərəb və farsların bizimlə qarışığı yoxdur”

- Azərbaycanlı həqiqətənmi farsla türkün qarışığından törəmədir? Yəni azərbaycanlı Səyavuşdur?

- Yox, bu da bir tarixi konfliktdir. Yəni, İran-Turan məsələsidir, əsrlər boyu davam edir. Bu məsələ Firdovsinin “Səyavuş və Südabə”, Hüseyn Cavidin “Səyavuş” əsərlərində də var. Biz heç kəsə qarşı deyilik. Biz də bunu qoruyub saxlamalıyıq. Amma müəyyən siyasi və ideoloji mövqelər də ola bilər. Mənə görə, şəxsiyyətin əsas mövqeyi onun millətinə məhəbbəti və hörməti ilə bağlıdır. Əvvəlcə millət, sonra digər xalqlar, sonra isə dövlət olmalıdır.

Bu cür yanaşmaları doğru hesab etmirəm. Misal üçün, Məhəmməd Peyğəmbərə Xəndək döyüşlərində hər zaman türklər kömək edib. Yəni, bizim əcdadlarımız. Ona görə də bizim ərəblər və ya farslarla qarışığımızın olması fikirləri düzgün deyil. Biz ərəblər və farslarla din məsələsində birik, yəni hər birimiz müsəlmanıq. Amma fars və ərəb ayrıdır. Onların bizimlə qarışığı yoxdur.

“Üçrəngli bayrağımızda ideoloji pozğunluq yoxdur”

- Sizə elə gəlmirmi ki, Azərbaycanın üçrəngli bayrağında əks olunan rənglər ideoloji uyğunsuzluq yaradır. Vahid ideologiyanı özündə əks etdirən bayrağa ehtiyac varmı?

- Yox, qətiyyən dəyişmək olmaz. Bayrağımız niyə ideoloji pozğunluq yaradır? O bayrağın üzərində əks olunan üç rəngin düsturunu Əli bəy Hüseynzadə verib. Bütün türk ideoloqları da Əli bəy Hüseynzadəni öz müəllimləri hesab edirlər. Abdulla Cövdət yazır ki, Əli bəy Hüseynzadə bir Rəsul idi. Onu türkçülüyün Peyğəmbəri sayırlar. Yəni, onun fikri necə uyğunsuz ola bilər ki?
Bilirsiz, elə müqəddəs şeylər var ki, onların üzərində eksperiment aparmaq olmaz. Vətən və millətin taleyinə bağlı olan məsələlərdə özfəaliyyət yolverilməzdir. Orada daşlaşmış prinsiplər var və onları ehkam da olsa, qoruyub saxlamaq lazımdır.
Üçrəngli bayrağımız görəsən, bu gün kimə və nəyə görə mane olur? Bizim üçrəngli bayrağımızda əks olunan rənglər ən modern düsturdur. Burada ideoloji pozğunluq yoxdur. Cəmiyyətin mənəvi tarazlığını qorumaq üçün hər zaman din lazım olub. Azərbaycan da İslam dinli ölkədir. Mən demirəm ki, ifrat dini dövlət olsun.
I Pyotr öz vəsiyyətnaməsində də yazıb ki, ruslar Şərqə hökmranlıq etmək istəyirsə, müsəlmanlar arasında sünni-şiə ədavətini qızışdırmalıdır. Hətta, vaxtilə Quba qazisi belə bir ayrı-seçkiliyin olmadığını bildirən kimi, Tiflis canişini ona “sən Rus İmperiyasının siyasətinə mane olursan” demişdi. O zaman Tiflisdə sünni və şiələr üçün ayrı-ayrı məktəblər açılmışdı. Həmin məktəblərdə bir-birinin əleyhinə çıxışlar olurdu. Ona görə də bu cür məsələlərə heç zaman yol vermək olmaz.

Dünyanın 94 faiz müsəlmanı sünnidir, cəmi 6 faizi şiədir. Çox təəssüf ki, bu gün şiəliyi qabartmaq tendensiyası mövcuddur. Əslində, şiəliyi Şah İsmayıl Xətai şişirtməyə başlayıb. Tarixdə inqilab yaratmaq üçün şiəlikdən iki lider istifadə edib. Bunlardan biri Şah İsmayıl Xətaidir, digəri isə Ruhullah Xomeynidir.
Doğrudur, Şah İsmayıl Xətainin Azərbaycan üçün xidmətləri danılmazdır. O, Azərbaycanın üçüncü böyük imperiyasını yaradıb, ana dilimizi dövlət dili edib. Amma eyni zamanda şiəliyi təbliğ edib, dövlət səviyyəsinə qaldırıb. Bunun da səbəbləri var idi. O, xristian dövlətlərin təsiri altında bunu edirdi. Çünki Şah İsmayıl Xətainin damarlarından xristian qanı axırdı. Şah İsmayılın nənəsi olan Uzun Həsənin arvadı Aləmşah bəyim Trabzon imperatoru Komnenoslardan IV İohannın qızı Dəspinə xatun idi. Dəspinə xatun yunan xristianı olub.

“Azərbaycan Atabəylər, Şirvanşahlar və Səfəvilər dövlətlərinin varisidir”

- Azərbaycan dövlətçilik və mədəniyyətçilik baxımından Albaniyanın, yoxsa Səfəvilərin varisidir?

- Azərbaycan hər ikisinin varisidir. Azərbaycanın dövlətçilik tarixində üç zirvə olub. Bunlar Atabəylər, Şirvanşahlar və Səfəvilər dövlətləridir. Bizim bundan böyük dövlətçiliyimiz olmayıb. Azərbaycan Atabəylər, Şirvanşahlar və Səfəvilər dövlətlərinin varisidir. Bizim ədəbiyyatımız da bu dövlətlərin təsiri ilə formalaşıb. Nizami Gəncəvi Atabəylərin, Xaqani Şirvani və İmadəddin Nəsimi Şirvanşahların yetirməsi, Məhəmməd Füzuli isə Səfəvilərin məğlubiyyətindən doğan kədərin şahidi idi.

“Azərbaycanda sünni-şiə məsələsini qabartmağa imkan verilməli deyil”

- Çaldıran döyüşü məsələsini bu gün yenidən gündəmə gətirməyə nə dərəcədə zərurət var?

- Yox, buna qəti zərurət yoxdur. Ümumiyyətlə, bu gün sünni-şiə məsələsini gündəmə gətirmək heç birimizə fayda verməz. Bu məsələni sakitcə öz axarına buraxmaq lazımdır. Bu məsələni heç bir lider və ya ideoloq həll edə bilməz. Bu, min illərin söhbətidir. Əslində, bu məsələ Səfəvilər imperiyası dövründə çox şişirdildi. Bunun da əsas səbəbi xristian Avropasının siyasəti ilə bağlı idi. Əmir Teymurun Osmanlı Sultanı İldırım Bəyazidin başını kəsməsinə səbəb də xristian dövlətləri oldu. O dövrdə bütün Avropa İldırım Bəyazidin qorxusundan əsirdi. Ona görə də fransız kralı IV Karl Əmir Teymura məktublar yazaraq, onu İldırım Bəyazidə qarşı döyüşməyə vadar etdi. Döyüş zamanı Əmir Teymur İldırım Bəyazidi məğlub etdi və başını kəsdi. Sonra Əmir Teymur səhvini başa düşüb, fikir çəkdi və Çinə gedən zaman öldü.

Bütün bunlara görə də Azərbaycanda sünni-şiə məsələsini qabartmağa imkan verilməli deyil. Bir zamanlar bir sıra qüvvələr tərəfindən bu məsələ süni şəkildə gündəmə gətirilirdi. Divarlara yazırdılar ki, "qılınclardan qan daman gün" və sairə. Ancaq Allahşükür Paşazadənin rəhbərliyi altında bu məsələ çox düzgün idarə olunur və bu cür təxribatlara imkan verilmir.
Hər bir xalqın içərisində təxribatçılar olduğu kimi, bizdə də mükafat alıb, anasını satanlar var. Bu cür insanların təxribatlarına uymaq lazım deyil.

“Çətinliyə düşəndə, Məhəmməd Füzulini, Mirzə Ələkbər Sabiri oxuyuram”

- Ədəbiyyat nə dərəcədə vətənpərvər olmalıdır?

- Ədəbiyyat millətin və vətənçiliyin ensiklopediyasıdır. Bədii sözdən güclü heç nə yoxdur. Aristotel “Poetika” əsərində yazır ki, ədəbiyyat və poeziya tarixdən daha ciddidir. Çünki tarix konkretdən bəhs edir, poeziya isə hər şeyin ümumisindən bəhs edir. Mən çətinliyə düşəndə, Məhəmməd Füzulini, Mirzə Ələkbər Sabiri oxuyuram.
Beş yüz ildən çox zaman keçib, ancaq Məhəmməd Füzulinin qəzəlindən bir hərf də dəyişilməyib. Ancaq bu dövr ərazində nə qədər şahlar gəlib dövlət qurub gediblər. Ona görə də bizim ən etibarlı və qiymətli sərvətimiz bədii ədəbiyyatdır. Mən klassik ədəbiyyatı daha çox nəzərdə tuturam. Sovet İttifaqı dövründə Azərbaycan ədəbiyyatı daha çox sosiologiyanın və ideologiyanın qurbanı olub.

“Gənc yazarlar Bəxtiyar Vahabzadəni, Məhəmməd Füzulini bəyənmirlər”

- Gənc ədəbiyyatçıların, yazarların fəaliyyətindən razısınızmı?

- Mən hərdən gənc yazarların diskussiyalarını və məqalələrini izləyirəm. İki səhifəlik bir məqalədə Azərbaycanın görkəmli adamları haqqında ağızlarına gələni yazırlar. Sonra da öyünə-öyünə deyirlər ki, misal üçün, mən Nizaməddin Şəmsizadəni tənqid etdim. Bununla da gündəmdə qalmaq istəyirlər. Gənc yazarlar Bəxtiyar Vahabzadəni, Məhəmməd Füzulini bəyənmirlər. Çox təəssüf ki, bu gün mən gənc yazarlarımızda yaxşı əsərlər görə bilmirəm.



Vasif Həsənli
Foto: Elçin Murad

5 Mart 2017 Pazar

“ERMƏNİSTANIN NÖVBƏTİ HƏDƏFİ YEVLAX VƏ SABİRABAD OLMALIDIR”

BU FİKRİ ERMƏNİSTANIN POLİTOLOQU LEVON ŞİRİNYAN DEYİB.





Serj Sarkisyanın Azərbaycana qarşı növbəti “xox” gəlməyi erməniləri əməlli-başlı eyforiyaya soxub. Bunu onların havadarlarının, habelə “intellektual” kəsimlərinin verdikləri rəylərdən görmək olar.

Xatırladaq ki, Serj Sarkisyan Ermənistan xarici işlər nazirliyində diplomatik korpusun nümayəndələri ilə görüş zamanı Azərbaycanın işi müharibəyə götürməsi halında Ermənistanın əlində olan hərbi arsenaldan tam istifadə edəcəyini bildirmişdi.

Rusiyanın qatı ermənipərəst publisisti, Rusiya beynəlxalq hüquq assosiasiyasının üzvü Serj Sarkisyanın bəyanatını Bakıya və beynəlxalq aləmə verilən xəbərdarlıq siqnalı, vasitəçilərə isə Azərbaycana təsir göstərməklə bağlı tələb kimi dəyərləndirib.

“Təkcə diplomatlar və hərbi ekspertlər deyil, jurnalistlər və müxtəlif ictimai strukturların nümayəndələri Azərbaycanın situasiyanı hərbi toqquşmaya qədər aparmaq istəyini görür. Barıt qoxusu həm Moskvaya, həm də dünyanın bir çox paytaxtına gedib çıxır. Bir çox dəyərləndirmələrə görə, yeni irimiqyaslı əməliyyatlar yaxın aylarda başlaya bilər. Serj Sarkisyanın bu çağırışı həm də vasitəçilərə Azərbaycana təsir göstərmələri üçün bir tələbdir”, - Dvornikov bildirib.





Ermənistanın digər politoloqu Levon Şirinyan isə əsl “havaya” girib. Ermənistan mətbuatına danışan Şirinyan Serj Sarksiyanın bəyanatını Azərbaycana qarşı hücum siyasətinin başlanğıcı kimi qiymətləndirib.

Şirinyan bu bəyanata yalnız Dağlıq Qarabağ ətrafında gedən hadisələrin inkişafı çərçivəsində deyil, həm də Ermənistanın Rusiya və Qərblə yeni, daha geniş xarici siyasət konteksində yanaşır. Levon Şirinyanın fikrincə, Serj Sarkisyan bütün dünyaya səslənməklə rəsmi İrəvanın problemin həllində təkcə Rusiyaya güvənmədiyini, göstərmək istəyib. “Görünür Ermənistan apreldən sonra Rusiyaya artıq əvvəlki kimi bel bağlamır”, - Şirinyan bildirib.

Şirinyan Ermənistanın Azərbaycanla savaşmaq üçün resurslarının olmadığını da etiraf edib: “Azərbaycanla uzunmüddətli savaş perspektivində bizim resurslarımız azdır. Ona görə də bu ehtiyatları digər mənbələrdən axtarmaq məcburiyyətindəyik”.

Şirinyanın fikrincə Ermənistan buna görə Rusiya və ABŞ arasında balanslaşdırılımış siyasətlə bağlı prosesə start verib. Politoloq bir çox ekspertin müharibənin yaxın vaxtlarda başlayacağı barədə verdikləri rəyləri birmənalı qəbul etmir.

“Hər halda Azərbaycanın taktikası aydındır. Azərbaycan güc tükəndirmə, resursları xərclətdirmə siyasətini həyata keçirir. O, bunu aprel döyüşlərindən öncə də edirdi. İndi yenə əvvəlki taktikasına geri dönüb”, - politoloq qeyd edib.

Levon Şirinyan bu mərhələdə yeganə effektiv taktikanın Azərbaycana qarşı geniş miqyaslı hücum başlatmaq olduğunu düşündüyünü söyləyib. Onun düşüncəsinə görə, Ermənistan ordusu iki istiqamət üzrə zərbə vuracaq: “Zərbələr Yevlax və Sabirabada endiriləcək. Yevlax kommunikasiyaları kəsmək, Sabirabad isə talışları ayağa qaldırmaq (?!-red.) üçündür”.

Levon Şirinyan Ermənistanın hücum etməkdən başqa əlacının qalmadığını qeyd edib: “Əgər Ermənistanda emiqrasiya bu templə davam etsə bizim üçün heç bir perspektiv görünmür. 20 il sonra əlimizdə olan texnikanı kim işlədəcək? İndi Ermənistan hakimiyyəti dilemma qarşısında qalıb - Ya nələrisə dəyişməli, ya da hər şeyi lazımı şəkildə yerinə yetirməyə hazır insanlara yol verməlidir. Bundan sonra genosidə yol verə bilmərik. Ermənistan genişlənməlidir. İlk öncə bu beyinlərdə, daha sonra isə konkret məkanlarda və ərazilərdə baş verməlidir”.


Vaqif Hüseyn, 
Musavat.com

4 Mart 2017 Cumartesi

AZƏRBAYCANLI ALİM ERMƏNİ YALANINI İFŞA ETDİ

Uzun illərdən bəri Misirdə təhsil alan azərbaycanlı gənc tədqiqatçı alim və Azərbaycanın MƏR - dəki diasporunun fəal üzvü Seymur Nəsirov AzVision.az-a açıqlamasında ermənilərin daha bir yalanını üzə çıxardığını bildirib.



                                              Seymur Nəsirov 

    
Seymur Nəsirov Şərq aləminin cəngavəri, öz igidliyi və ədaləti ilə dünyanı heyrətləndirən, orta şərqi və şimalı Afrikanı işğaldan azad edən, Tunisdən Yəmənə qədər böyük bir ərazinin hökmdarı olan Səlahəddin Əyyubinin əslən azərbaycanlı olduğunu, onun mənsub olduğu Əyyubilər nəslinin isə Azərbaycanın şimalında yerləşən Duvin şəhərindən orta şərqə köçdükləri ilə bağlı məlumatları meydana çıxarıb.

Şöhrəti, qəhrəmanlığı və igidliyi ilə dünyada ədalət simvoluna çevrilmiş Səlahəddin Əyyubinin əslən azərbaycanlı olması həqiqətən də qürurvericidir.

Tədqiqatçı dəfələrlə Misirin öndə gedən universitetlərində konfranslarda bu mövzuda çıxışlar edib. Qahirə universitetinin Ədəbiyyat fakültəsində “Azərbaycanı tanı” adlı simpoziumda, erməni kimliyini gizlədərək özlərini suriyalı kürdlər kimi təqdim edən iştirakçılarla elmi mübahisə aparıb, onları dəlil və sübutlarla susdurub.




Lakin bütün bu faktlara baxmayaraq, ermənilər Azərbaycanın uğurlarını və torpaqlarını hər zaman özlərinə mənsub etməkdən çəkinmirlər.

“Son zamanlar Səlahəddin Əyyubi ilə bağlı araşdırma apararkən Vikipediyada mövzu ilə bağlı geniş bir məqaləyə rast gəldim. Bu məqalədə ermənilər yalan məlumatlar yayaraq, saxtakarlıq etməyə çalışıblar. Belə ki, onlar Səlahəddinin Ermənistandan olduğunu qeyd ediblər və bu qeydlərdə böyük ərəb tarixçisi İbn Əsirin "Əl-Kəmil" və İbn Xallikanın "Vəfiyyətul Əyan" kitablarına istinad ediblər. 
Azərbaycanlı alim erməni yalanını ifşa etdi
Halbuki onların göstərdiyi bu mənbələrdə Səlahəddin Əyyubinin azərbaycanlı olması qeyd olunub. Hətta İbn Xallikan, Səlahəddin Əyyubi başda olmaqla Əyyubilərin Azərbaycanın şimalında yerləşən Duvin şəhərindən olduğu haqda tarixçilərin yekdil rəy verdiklərini qeyd edir. Bundan əlavə Səlahəddin Əyyubi ilə bağlı oxuduğum əsərlərdə, Misiri işğaldan azad edilməsi zamanı ermənilərin ona qarşı müharibə etdiyini, Səlahəddinin isə qələbə çalaraq onları darmadağın etdiyi barədə xəbərlərə rast gəldim.




Bu zaman belə bir sual ortaya çıxır ki, əgər Səlahəddin Ermənistandan idisə, nə üçün ermənilər Misirdə onun əleyhinə çıxdılar və o da onları darmadağın edərək öldürdü? Bildiyimə görə Vikipediya saytında yerləşdirilmiş hər hansı yalan məlumat çoxsaylı şikayətlər əsasında silinə bilər. Ona görə də oxucularımızdan xahiş edirik ki, fəal olsunlar”-deyə S.Nəsirov vurğulayıb.

Qeyd edək ki, Seymur Nəsirov 20 ildən çoxdur ki, Misirdə təhsil alır və hal-hazırda Açıq Amerikan Universitetinin ərəb dili bölməsində doktorantura təhsilini davam etdirir. O, bu illər ərzində ərəb mənbələri əsasında Azərbaycan və azərbaycanlılarla bağlı məlumatları araşdırıb, öz elmi tədqiqatlarını bu mövzuya həsr edib.




Bunlardan bir neçəsini sadalamaq olar :

1) Qurani- Kərimdə Azərbaycan sözünün olması.

2) İlk dəfə olaraq Nizami Gəncəvinin Azərbaycanın Gəncə şəhərindən olmasını sübut edən ərəb mənbələrini tapmış, ərəb və azərbaycan dillərində elmi məqalələr dərc edib.

3) Qahirə kitabxanasında xeyli sayda azərbaycanlı alimin əlyazma nüsxələrini aşkarlayıb. Bunlardan Nizami Gəncəvinin “Xəmsə” əsərinin altı nüsxəsini misal göstərmək olar.

4) Dünyada öz sözünü demiş, orta şərqdə mühüm və yüksək vəzifələr tutmuş yüzlərlə azərbaycanlı alim, dahi şəxsiyyət və qəhrəman övladı üzə çıxarmaqda müvəffəq olub.


AzVision.az

&  Irshadtv.com

Qəsbkarlar Vətənim Bütöv Azərbaycanı beləcə parçaladılar...