Translate

16 Temmuz 2016 Cumartesi

Türkiyə Prezidenti R.T.Ərdoğan : Bunu Vətənə xəyanət hesab edirəm

Ərdoğan baş verən hadisəni paralel dövlətin törətdiyini iddia edib 


Türkiyə Prezidenti T. Ərdoğan baş verən hadisəni paralel dövlətin törətdiyini iddia edib və bunu vətənə xəyanət kimi qiymətləndirib. Prezident deyib ki, biz bu yola başımızı qoyduq. Türkiyə əvvəlki Türkiyə deyil. Kimsə darbe ilə xalqın seçdiyi hökuməti devirə bilməz. Ərdoğan deyib ki, bunu edənlər ən ağır şəkildə cəzalanacaqdır. 

Ərdoğan sensasion açıqlama verib. O, deyib ki, Marmarisdə, tətildə imiş. Oradan çıxar-çıxmaz, həmin yeri bombalayıblar. Ərdoğan deyib ki, prezident olaraq, özünün baş katibini və genelkurmay başkanını girov götürüblər. O, bütün əsgərlərə səslənib, sizlər bizim övladımızsınız, deyib. Xalqa silah doğrultmayın, sizə bu silahı millətiniz verib. Bu yanlışdan tez dönün. Yoxsa bədəlini ödəyəcəksiniz. 

Ərdoğan deyib ki, bu hadisədən istifadə edib, ordunu təmizləyəcəyik. "Bu əməliyyata başladıq, bunu tamamən bitirəcəyik". Ərdoğan deyib ki, proses Pensilvaniyadan idarə olunur. 

Silahlı Qüvvələrin içərsində bunlar bir azınlıq. Bizlər vəzifəmizin başındayıq, bizi xalq seçib, deyib, Ərdoğan. Sonu yaxşı olacaq, deyib, Ərdoğan. O, deyib ki, hökumət iş başındadır və Türkiyəni işğalçılara təslim etməyəcəyik. 


& VƏTƏNSEVƏRLƏR

Hiç yorum yok:

Yorum Gönder