Translate

20 Mayıs 2016 Cuma

ÖLKƏLƏR YOXA ÇIXACAQ

Rus politoloqun Qarabağ şərhi...
Danışıqların daha 20 il davam etməsi mümkünsüzdür.



Bunu “Azadlıq Radiosu”na müsahibəsində rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə, Qarabağ konfliktinə yaradıcı yanaşma yoxdur.

“Çətin situasiya ilə əlaqədar yeni qərarlar qəbul edilməlidir. Təəssüf ki, belə bir yaradıcı yanaşma heç kimdə yoxdur. Məhz qərarsızlıq apreldə vəziyyəti gərginləşdirdi. Mən razıyam ki, situasiyanı geriyə qaytarmaq mümkün deyil.Təxminən 6-7 il öncə məndən Qarabağ konfliktinin necə həll edilməli olduğunu soruşdular. Onda təklif etdim ki, Qarabağdan olmayan hansısa rayonun bir hissəsini Azərbaycana verin və Azərbaycan nəinki Rusiyaya, həm də bütün dünyaya buranın iqtisadiyyatını necə qaldırdığını, qaçqınları necə geri qaytardığını göstərsin. İndi Ermənistan üç şərt irəli sürür, o zaman isə bu bir idi. Onlardan əsası Ermənistan üçün təhlükəsizlik idi. Əgər test rejimində hansısa rayonun bir hissəsi verilsə, hər şeyin normal inkişafına əmin olmaq üçün uzun illər lazımdır”.

Trofimçukun fikrincə, Qarabağdakı situasiya istənilən an genişmiqyaslı, total müharibəyə çevrilə və bütün Qafqazı bürüyə bilər.

“Qarabağda son gərginliyi kim başladıb? Məncə, burada provokasiya vardı. Üstəlik, Azərbaycan indi Yaxın Şərqin yanında yerləşdiyi üçün ortada terrorizm faktoru da var. Bunu etmək çox asandır. ATƏT-in Minsk Qrupu iyuna qədər genişlənmə ilə bağlı konkret tapşırıqlar alıb. Onlar illərdir ki, Minsk Qrupunun fəaliyyətindən narazı olan Azərbaycana nə isə konkret iş gördüklərini sübut etməyə çalışacaqlar. Minsk Qrupu gərək zərəri hesablasın. Dəyən zərər təkcə iqtisadi deyil, orada onlarla insan həlak olub. Bir sözlə, meyitlər ölkələr arasında yerə sərilmiş qalanda situasiyanı Donbasdakı kimi geri çevirmək mümkün olmur. Vəziyyəti nəzarətdə saxlamaq üçün texniki vasitələrlə müşahidə aparmaq olar. Bu, vacib taktiki məsələlərdir. Bəs nə qədər kamera olacaq? Burada ərazi çox böyükdür. Onların sayı minlərlə olmalıdır. Həmin kameraları istənilən yerdə partlatmaq olar. Artıq indidən deyilir ki, əgər Qarabağda nəsə baş versə, eynisini paralel olaraq Naxçıvanda da gözləmək lazımdır. Hətta kameralar quraşdırılsa belə, indiki dövrdə müasir silah sistemləri kameradan yan qaçmaqla atəşə də imkan verir. Yəni kamera atəşi tuta bilmir". 

Trofimçukun fikrincə, postsovet məkanını böyük dəyişikliklər gözləyir.

“Bəlkə də Rusiyanın Qarabağda təmas xəttində sülhməramlı kimi dayanması Qərbə də sərf edir. Rusların Gümrüdə dayanması bir məsələ, Qarabağda olması tamam ayrı məsələdir. Bu zaman hətta bütün Cənubi Qafqaz belə partlaya bilər. Biz artıq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə təlimlər keçirdiyini görürük. Qarabağ böyük geosiyasi oyunlarla bağlıdır. Biz artıq “ikinci SSRİ-nin süqutu” ərəfəsindəyik. Birinci süqut 1991-ci ildə olmuşdu. İkinci süqutun nəticəsində hansısa ölkələr yoxa çıxacaq. Bütün bu məkan dəyişəcək.

Biz artıq buraya postsovet yox, Avrasiya kimi baxırıq. Avrasiya məkanı yenidən təşkil olunacaq. Burada güc mərkəzləri ordularının iştirakı ilə ciddi oyunları başlayacaq. Kim qalib gəlsə, ərazilərə o sahiblənəcək”.


& VƏTƏNSEVƏRLƏR

Hiç yorum yok:

Yorum Gönder