Translate

5 Mayıs 2016 Perşembe

“ERMƏNİSTAN QARABAĞI AZAD ETMƏYİN YOLUNU AÇDI”




Ermənistan hökuməti “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına razılıq verib və layihə parlamentə göndərilib. Belə ki, hökumət yekun qiymətləndirməni edərək müxalifətdən olan deputatlar Zarun Postancanyan və Qrant Baqratyanın həmmüəllifliyi ilə hazırlanmış absurd qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmasına razılıq verib.

Qeyd edək ki, rəsmi Bakı “DQR”in tanınması halında baş verə biləcək hadisələrə görə Ermənistanın məsuliyyət daşıyacağını bəyan edib. Ekspertlər Azərbaycan tərəfinin bundan sonrakı daha fəal adekvat addımlar atacağını istisna etmirlər.

Siyasi məsələlər üzrə şərhçi Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında deyib ki, erməni tərəfi çox sərt istiqamət seçib:

“Görünür, danışıqlara son qoyulması üçün Ermənistana çoxdan bir bəhanə lazım idi. Düzdür, bu danışıqlar özü-özlüyündə bizə bir o qədər də xeyir verməyib. Hər halda formal olaraq xarici siyasətdə sülhpərvərliyimizi, sülhməramlı addımlarımızı atırdıq. Düşünürəm ki, bundan sonra Ermənistan özü üçün quyu qazıb. Faktiki olaraq bu məsələdə onlar sülh yolunun sona yetməsini özləri seçiblər. Bundan sonra Azərbaycanın əli-qolu açılacaq. Azərbaycan artıq heç bir şərtlə, tələblərlə özünü bürüməyəcək, tam sərbəst olacaq. Söhbət öz torpaqlarımızdan gedir. Ermənistanın bu addımı həm Minsk Qrupu çərçivəsində qəbul olunan qərarlara və beynəlxalq hüquq normalara zidddir. Açıq şəkildə o prinsiplərin tapdalanmasıdır. Eyni zamanda heç bir ölkə ilə hesablaşmayan bir addım atılıb. Bilmirəm qanunvericilik və parlament səviyyəsində b,u necə müzakirə olunacaq, amma əslində erməni tərəfi Azərbaycanın öz torpaqlarını heç bir şərtsiz azad etməyin yolunu açıblar”.

Alçina Amilqızı


Hiç yorum yok:

Yorum Gönder