Translate

30 Nisan 2016 Cumartesi

ZİYA BÜNYADOVUN ERMƏNİ XANZADYANA ŞOK CAVABI...

”NƏNƏN QARABAĞ XANININ KƏNİZLƏRİNDƏN OLUB"
  TARİX



Akademik Ziya Bünyadovun məşhur erməni şairi Karlen Qriqoryeviç Muradyana (Gevorq Emin ) yazdığı şok məqaləni oxuculara təqdim edirik. 

Gevorq Eminin məcburi mükaliməsi haqqında

Allahım! Axır ki, bu günü də gördüm! Mən də oturub fikirləşirəm - görəsən o nəyə görə susur? Karlen Qriqoryeviçdən niyə səs-soraq yoxdur? Sən demə, o "gap eləyirmiş"! Bilirsiz, özü də kimlə "gap eləyirmiş"? Nə az, nə çox - Herodotla. Ksenofontla, Plutarxla, İosif Flavi və Strabonla. Kişi medium olub! Yaman da çox gap eləyib. Bəlkə də Koçaqot kəndi yaxınlığındakı kosmodromdan Doqquzuncu qalaktikadakı erməni diasporası ilə gapa uçub gedibmiş? Kim bilir, özgə haralarda olub? Amma Baron Münhauzenlə olan başlıca gapını elan eləməyi yaddan çıxarıb. Axı belə gap da olub - nəyə görə bu haqda utanıb-qızarıb susasan? Qoy bunu yalnız "aborigenlər", şərəfinə yerli tayfanın Yerevandakı Kilikiya təpəsində abidə ucaltmağa hazırlaşdığı və ya artıq ucaltdığı Nuhun nəsilləri yox, həm də başqaları da bilsinlər. 

Karlen Qriqoryeviç bu titrəməli vaxtınızda kim idi sizi məcbur eliyən ki, mənimlə "söhbət"ləşib: "Artsax elə Ermənistanın özüdür, onun ayrılmaz bir hissəsidir. Bu da Romada Kolizeyin yaxınlığındakı divarda hələ Neron dövrlərindən qalmış mərmər xəritədə əks olunub" - deyə, israr edəsiniz? Bəs onda Neronla söhbətinizi niyə yaddan çıxarırsınız? Heç yaxşı çıxmır, Karlen Qriqoryeviç! Özü də dünyada heç bir mərmər xəritə olmaya-olmaya. Amma o doğrudur ki, xalça xəritə var, özü də srağagün toxunub və Eçmədzin kilsəsinin divarından asılıb. "Hərbi-tarixi jurnal"ın da orqanı olduğu Hərb tarixi İnstitutunda sənin çoxlu həmtayfan xidmət göstərir (yaxud da işləyir). Ona görə də Karlen Qriqoryeviç, sizi narahat eliyən məqalə barədə bütün iddialarınızı həmin zabitlərə ünvanlayın. Amma jurnalla mübahisə edərkən başınızı ayrı kollara soxursunuz. Bəs ağzınız köpüklənə-köpüklənə yenidən Azərbaycan xalqına böhtanlar yağdırmağınızın bu dəfəki səbəbi nədir? Əgər şəxsən kimsə sizin xoşunuza gəlmirsə, bura xalqı niyə qatırsınız? Nə vaxtdır susur, dillənmirsiniz, bu da "mükalimə"niz!Maraqlıdır, belə sanballı adam təsiri bağışlayan bir kəsi kimdir məcbur eliyən ki, özünü Xanzadyan və Ulubabyan kimi nanəciblərə oxşatsın? Hələ heç Orqançik Balayanı demirəm! Karlen Qriqoryeviç, sizinlə polemikaya girməzdim, amma görürəm ki, tarixlə yola getmirsiniz. Sizi də Paruyr Muradyan tipli uydurmaçı həmkarlarımın və elm ətrafında girlənənlərin siyahısına yazıram. Onlar özlərindən hansısa konsepsiyalar uydurur, bu yalanlara əvvəl özləri inanır, sonra da başqalarını inanmağa məcbur eləyirlər. Birinci uydurma (yalan demək istəmirəm!) odur ki, guya "Polyaniçko və Mütəllibov da bilirlər ki, dünyada xristianlığı ilk dəfə rəsmi şəkildə dövlət dini kimi qəbul eliyən ermənilərdir. Özü də 301-ci ildə. Yəni Bizansın xristianlığı rəsmən qəbul elədiyi 313-cü ildən 12 il qabaq. Tezliklə Ermənistanın xaç suyuna çəkilməsinin 1700 illiyi təntənəli şəkildə qeyd ediləcək!" Ləqəbi Gevoroq olan bir şəxs kimi özünüzün sərsəmləmələrinizlə Polyaniçko və Mütəllibovu niyə ortaq eləyirsiniz? Əgər onlar şəxsən xoşunuza gəlmirsə, onda Ermənistan KP MK özünün həmin silahdaşlarını, daha doğrusu partiyadaşlarını zəhmət çəkib bəh-bəhlə yuxarı başa çıxarmayaydı. Onlardan biri də sizin birinci katib kimi Sov. İKP MK Siyasi Bürosunun üzvüdür. Sonra. Sənə və sənin həmfikirlərinə yaxşı məlumdur ki, 313-cü ildə xristianlığı birinci albanlar, onlardan sonra gürcülər, daha sonra isə bizanslılar qəbul ediblər. Ermənilər isə albanlardan 270 il sonra xaç çəkməyə başlayıblar. Yəni 313 üstə gəl 270 bərabərdir neçə? 


                                                        Gevorq Emin

Düzdür - 583! Məhz həmin ildə ermənilər xristianlığı qəbul ediblər. Ona görə də erməni kilsəsinin 1700 illiyi təntənələrini təxirə salmaq lazım gələcək, çünki bu yubiley XXIII əsrdə olacaq! Amma uydurmaqda siz birinci deyilsiniz ki! Sizdən qabaq Yerevanın 2750 illiyini uydurmamışdılarmı? Halbuki, məktəbliyə də məlumdur ki, Yerevan (gələcək Azərbaycan xanlığının paytaxtı) yaşayış məntəqəsi kimi XVI əsrdə salınıb! O ki, qaldı sənin istinad etdiyin, Prezident Qorbaçovun: "Zaqafqaziyada xristianlığı Rusiyadan çox-çox əvvəllər qəbul eləmiş xalqlar var" - sözlərinə, bunu deyərkən o erməniləri yox, albanları və gürcüləri nəzərdə tutub. Ona görə də Karlen Qriqoryeviç, nə sənin, nə də sənin kimi kəmsavadların öz dinini (əgər varınızdısa) "dünyanın ən qədim xristian dini" adlandırmağa haqqınız yoxdur. Sonra da deyirsiniz ki, "erməni xristianlığı (demə, beləsi də varmış) dünyada ən qədim, özü də ən doğru (maraqlıdır, hansı mənada) həvari dinidir. Çünki onu Ermənistanda İsanın çarmıxa çəkilişindən dərhal sonra şagirdləri Faddey və Varfalomey yayıblar". Daha belə tündləşdirmək nəyə lazım? Gevorq, axı sənə də, sənin bütün "kompatriot'larına da yaxşı məlumdur ki, Qafqazda həvari kilsəsi albanların kilsəsidir. Heç olmasa erməni katalikosu Avraamın albanlara göndərdiyi məktubu oxu: "Bizim ermənilərinkindən qədim Alban kilsəsi" və s. Axı ermənilərinki Qriqoryan kilsəsidir. Yəni başlanğıcını Qriqoridən götürür. Qriqori isə məlum olduğu kimi həvari Yeliseyin şagirdinin şagirdi olub. Əgər Qriqori həvari deyilsə, onda erməni kilsəsi haradan həvari kilsəsi olur? Sual budur! Sonra, Ermənistan dövləti müstəliq siyasi vahid kimi 387-ci ildə süqut edib (Bax: İstoriya armyanskoqo naroda, Yerevan, 1980, s.96). Ermənistan dövlətçiliyi yalnız 1921-ci ildə bərpa olunub (yenə orada, s.292). Tutaq ki, 387-ci ildə Artsax Ermənistanın tərkibinə daxil imiş. Amma Ermənistan adlı dövlətin, ümumiyyətlə, mövcud olmadığı sonrakı əsrlərdə Artsax necə onun tərkibində ola bilərdi? Axı Ermənistan tarixi yox, erməni xalqının tarixi var. Ona görə də Artsaxa, hələ üstəlik də hansısa Getaşen adlı əraziyə olan iddialar dünya ağalığı iddiasında düşmüş axmaqların uydurmasıdır. 387-ci ilə qədər hər şey "Qaratoxmaq qadın"dakı həmin qrafinyanınkı kimi olmuşdu. O ki, qaldı sənin (və səninlə olanların) müasir iddialarına, get Sergey Qlinkanın "Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürməsi" əsərinə bax (Moskva, 1831). Karlen Qriqoryeviç, nə sənin, nə Orqançikin, nə də başqalarının Artsaxla bağlı xülyalarından bir şey çıxası deyil.

Lap tutaq ki, biz burada dünəndən yaşayırıq. Bu gün bu bizim torpağımız, bizim vətənimizdir. Və burda da bizimlə birlikdə sizin dediyiniz artsaxlılar yaşayırlar. Yaşayın! Allah xatirinə, necə yaşamısınızsa, eləcə də yaşayın. Axı Dadamyan, Manuçaryan və onun kimilərdən savayı, heç kəs artsaxlıların şirəsini sormayıb. Balayanın bu ah-vayı hamını bezdirib, amma Karlen Qriqoryeviç, ona züy tutmaq, düzü, əbəsdir! Çünki müdriklər deyib: "Əlini uzatma gücün çatmayan daşa, götürə bilməzsən, zora düşərsən!" 

P.S. Bəs İran Marağasından ilk iki yüz erməni ailəsinin Qarabağa köçürülməsinin 150 illiyi şərəfinə 1978-ci ildə Mardakert rayonunun Marağa kəndində ucaldılmış abidə necə olub? Bir də bu hadisə münasibətilə DQMV-yə verilmiş "Xalqlar dostluğu" ordeni ilə nə etməli? 

P.P.S. Bu uydurmaçılarla, doğrusu, ayaqlaşmaq da olmur! "Qolos Armenii" qəzeti özünün 30 yanvar tarixli sayında (1991) Azərbaycanın Qarabağ xanının nigahdan kənar törəmələrindən Sero Xanzadyanın növbəti "gicləmə"sini çap edib. Sero "bizim Naxçıvanın qaytarılmasından", "bizim erməni Qarsının, Naxçıvanın, Artsaxın işğalından" yazır. Yaxşı deyil, Xanzadyan, qadınların sözlərini çölə çıxarmaq! Özü də bilə-bilə ki, nənən Qarabağ xanının kənizlərindən olub". 

LACIN.İNFO  &  VƏTƏNSEVƏRLƏR 





Hiç yorum yok: