Translate

26 Nisan 2016 Salı

PAN Gİ MUN FORUMA VİDEO-ÇIXIŞLA QATILDI


“Bəzi səbəblərə görə, tədbirdə iştirak edə bilmədim. Hər birinizi salamlayıram”.



Bunu BMT-nin baş katibi Pan Gi Mun Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində video-çıxışında deyib.

O bildirib ki, belə tədbirlərin keçirilməsində məqsəd ayrı-seçkiliyin qarşısını almaqdır: “Ayrı-seçkilik yalnız və yalnız ekstremistlərin maraqlarına xidmət edir. Biz heç kəsi diqqətdən kənar qoymamalıyıq. Növbəti ay həssas məsələlərdən birinə toxunacağıq. Türkiyənin İstanbul şəhərində humanitar böhranla bağlı tədbir keçiriləcək. Hər birinizi ora dəvət edirik”.


Baş katib qeyd edib ki, BMT dünyada sülhün bərqərar olmasına çalışır: “Bütün insanlara diqqət göstərilməlidir. Gənc innovatorlara dəstək verməliyik. Jurnalistləri də bu işdə aktiv olmağa çağırırıq”.




& VƏTƏNSEVƏRLƏR

1 yorum:

Adil Irshadoqlu - Aliyev dedi ki...

ƏZİZ DOSTLAR, "VƏTƏNSEVƏRLƏR" SİTESİNƏ QATILMAĞI - ABUNƏ OLMAĞI UNUTMAYIN. SİZ BURADAN RAHATCA İRSHAD TV - Nİ DƏ İZLƏYƏ BİLƏRSİNİZ. SADƏCƏ BLOKUN YAZI LÖVHƏSİNİN SONUNDAKI FOTONUN ÜZƏRİNƏ TIKLAMAQ KİFAYƏTDİR. RİCA EDİRƏM...SİZ BURADAN ÇOX MARAQLI ŞEYLƏRİ İZLƏYƏ BİLƏCƏKSİNİZ. GƏLİN BİR OLAQ, BİRLİKDƏ OLAQ. BİRLİKDƏ DAHA GÜCLÜYÜK...