Translate

25 Nisan 2016 Pazartesi

AZƏRBAYCAN XÜSUSİ TƏYİNATLILARI QONDARMA ERMƏNİSTANI QORXUYA SALIB




" Ermənistan hesab edirdi ki, müharibə əvvəlki kimi top və tanklardan atəş açmaqla baş verəcək. Lakin Azərbaycan spesifik taktikaya əl atdı ”.


Bu barədə Rusiyanın hərbi eksperti Aleksey Ramm “Voenni promoşlenney kuryer” saytında dərc olunan məqaləsində yazıb. Ekspert Qarabağda baş verən qısa döyüşlərdə Ermənistanın ciddi itkilər verdiyini, Azərbaycan Ordusunun öz gücünü nümayiş etdirdiyini yazıb.

“Azərbaycan 2000-ci illərdən sonra öz hərbi strategiyasını kəskin dəyişərək, əhəmiyyətsiz səngərlər və yüksəkliklər üçün qanlı döyüşlərə getməmək qərarını verdi. Yeni strategiyaya görə, əsas istiqamət düşmənin lazımlı mövqeləri bir-birindən təcrid edərək, müdafiəni yarmaq və məğlubiyyətə uğratmaqdır. Bunun üçün Azərbaycan hərbi sənayeni sürətlə inkişaf etdirməyə başladı, həmçinin, xaricdən müasir silahlar aldı. Bura Rusiyadan alınan silahlarla yanaşı, İsrail və Türkiyədən alınan pilotsuz təyyarələr, həmçinin, kamikadze raketlərlə təchiz olunmuş “Harop” təyyarəsi daxildir. Təbii ki, bütün bunlar hərbi sirr olaraq ciddi qorunur. Biz yalnız dövlət televiziyasının hərbi nümayişdən çəkdiyi videolentlərdə görünən texnikalarla kifayətlənə bilərik. Amma fakt budur ki, Azərbaycan Ordusu kifayət qədər güclənib. Misal üçün, 20 kilometrdən çox məsafədə istənilən zirehli texnikanı anında məhv etmək gücünə sahib olan “Spike-NLOS” raket kompleksi Ermənistanda vahimə yaradır”.

A. Ramm Azərbaycan xüsusi təyinatlılarının gücünə də xüsusi diqqət ayırıb.

“Azərbaycanın xüsusi təyinatlıları müasir rabitə vasitələri, müdafiə vasitələri, eləcə də gecəgörmə avadanlıqlarına sahibdir. Kəşfiyyatçıların əsas vəzifəsi düşmənin arxa cəbhəsinə keçmək və artilleriyanın məhv edilməsi, həmçinin, möhkəmlənmiş istehkamlara gecə hücumudur. Xüsusi təyinatlılara təkcə obyektiv ələ keçirmək yox, artilleriya və döyüş helikopterləri ilə əldə saxlamaq tapşırığı da verilib”, – deyə o bildirib.
Ekspert aprel döyüşündə Azərbaycan kəşfiyyatının döyüş tapşırığını uğurla yerinə yetirdiyini deyib: “Kəşfiyyat qəfil hücumla Talış kəndində bir neçə strateji yüksəklikləri ermənilərdən təmizlədi. Hətta kənddə gecə döyüşü getdiyi deyilir. Lakin kəşfiyyatçılar ustalıqla və qəfil hücumla ermənilərin mövqelərini darmadağın edib və rəqib nə baş verdiyini çox gec anlayıb”.


MİR.AZ  & VƏTƏNSEVƏRLƏR

Hiç yorum yok: