Translate

3 Eylül 2015 Perşembe

Ixtiyar Şirinin (İkhtiyar Shirin) bloqu: “ İNSANLARA HÜRRİYYƏT, MİLLƏTLƏRƏ İSTİQLAL ”

1 yorum:

Adil Irshadoqlu - Aliyev dedi ki...

Milli Konqres Partiyası hesab edir ki, ümummilli problemlərin həll edilməsi üçün milli gücümüz başlıca hədəflərə yönəldilməlidir. Partiya bu məqsədlə milli dəyərlərə, müsavatçılıq düşüncəsinə əsaslanan siyasi ideologiyaya arxalanaraq “İnsanlara hürriyyət, millətlərə istiqlal” və “Bir millət – bir dövlət”şüarlarında ortaya qoyulan siyasi – fəlsəfi dəyərlərə əsaslanır.

Milli Konqres Partiyası “Bir millət – bir dövlət” şüarları ilə Güney Azərbaycanın istiqlalı, itirilən Azərbaycan torpaqlarının – Qarabağın, Qərbi Azərbaycanın, Dərbəndin qaytarılması ilə Azərbaycanın bütövləşməsi ideyasını mədəni bir düşüncədən siyasi məfkurəyə çevirməyi zəruri hesab edir, Azərbaycanın siyasi, iqtisadi və mədəni bütövlüyünün millətimizin inkişaf və təhlükəsizliyinin başlıca qarantı olduğunu bəyan edir.