Translate

13 Nisan 2014 Pazar

DAĞLIQ QARABAĞI RUSİYAYA BİRLƏŞDİRİRLƏR ? YOXSA ...


Dünən gecə Rusiyanın Gümrüdə dislokasiya olunan 90 ədəd tank və zirehli texnikası Ermənistanın Gorus bölgəsinin Karaşen yaşayış məntəqəsinə gətirilib.

Bu barədə məlumatı “Axar.az”a Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov deyib. O, qeyd edib ki, Rusiya ordusuna məxsus tanklar Laçının bir addımlığındadır: “Artıq Rusiya Baş Qərargahı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında yerləşən Ermənistan ekspedisiya korpusunu əlavə tank və zirehli texnika ilə gücləndirməyə başlayıb. Dünən axşam zirehli texnika, qoşqulu avtomobillərdə Gümrü-İrəvan-Artaşat-Sisian-Gorus avtomobil yolu vasitəsilə xüsusi maskalanmış vəziyyətdə işğal edilmiş Laçın rayonu yaxınlığına — Karaşen yaşayış məntəqəsinə gətirilib. Qoşqulu avtomobillərə yüklənmiş hərbi texnika maskalanmış olsa da peyk vasitəsilə müşahidə olunub. Onun sözlərinə görə, artıq İsrailin «Mossad» və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində bununla bağlı məlumat var: “Dünən gecə ABŞ Milli Təhlükəsizlik Agentliyi hərbi texnikanın köçürülməsini tam dəqiqliyi ilə müşahidə edib və peyk vasitəsilə videolentə alıb. Yaxın 2 gün ərzində isə Xankəndi-Ağcabədi və Ağdərə-Tərtər istiqamətindəki mövqelərə yaxın ərazilərdə yerləşdiriləcək. Çox güman ki, Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsinə başlanacağı təqdirdə, Tərtər-Yevlax istiqamətində genişmiqyaslı hücum imitasiya ediləcək”. Gülməmmədov bildirib ki, iki gün öncə isə Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) 3 generalı Xankəndiyə ezam olunub: “Bu məlumat artıq İrəvanda söz-söhbətə belə səbəb olub. Həmçinin, artıq Ermənistan televiziyaları bir həftədir ki, mütəmadi olaraq silahli qüvvələr barədə reportajlar hazırlayır və «Favorit» tipli HHM raketlərini reklam edirlər.

Seva

1 yorum:

Unknown dedi ki...

Bize demek istirler Qarabagi unudun. Rusiya ora yerleşdise vsyo. Ukraynanı alandan sora 1 güne Azerbaycanı Ermenistanı alar. Sovet imperiyasi yaranar. Bunun qarşısında Amerika da acızdı. 3cü düyna müharibesi gözlenilir.