Translate

15 Eylül 2013 Pazar

ERMƏNİ DNT LAYİHƏSİ VƏ YA "TÜRK ÇIXMAQ" QORXUSU - ARAŞDIRMA



Hovann Simonyan bir ermənidir, Beyrutda anadan olub, iqamət etdiyi yer İsveçrədir, gah Avropada yaşayır, gah Amerikada. Bir neçə dil bilir, maraqlı layihələr həyata  keçirir. Son  layihəsi DNT testləridir, yəni insanların hansı millətə, hansı xalqa aid olması ilə bağlı  araşdırmalar .. Laboratoriya analizləri…

DNT- insanın genentik soyunu təyin etmək üçün elmi,  laboratoriya üsulu ilə aparılan testdir. Bir çox ölkələrdə belə gen laboratoriyaları mövcuddur.
Bu işin gərəkli və ya gərəksiz olduğu ilə bağlı heç bir fikir  yürütmədən qənaətə gəlmək olar ki, Hovann Simonyan çox ağıllı ermənidir. Öz layihəsini elə yerlərdə,  elə ölkələrdə həyata keçirməyə çalışır ki, oradakı insanlar görünüşcə bir az erməniyə bənzəyirlər. Əgər test müəyyən etsə ki, həmin erməniyəbənzər italyanın, fransızın, ispanın və ya bir başqa millətin kökündə də bir ermənilik yatır, onda  demək hədəfə ulaşılmışdır. Təsəvvür edin ki, İspaniyanın prezidenti və yaxud  baş naziri birdən-birə, Hovann Simonyanın layihəsinin nəticəsinə görə erməni çıxır.  Axşam ispan olaraq yatır,  sabah erməni olaraq durur. Və yaxud tərsinə.  Baxın, bu layihə sayəsində ermənilərin sayı da çoxalır… Erməniliyə, öz xalqına bundan yaxşı daha necə xidmət etmək olar? Ermənilər bu fürsəti  qaçırmazlar onlar bilirlər ki,  artıq elə bir dövrə gəlib çatmışıq ki, hər hansı bir şəxsin  hansı millətə, soya aidiyyətini təyin etmək çox da çətin deyil. Öz milli mənsubiyyətindən  şübhələnənlər dünyada mövcud DNT  üzrə mütəxəssislərə müraciət edə bilərlər. Çox qəribədir ki, bu  testləri  yürüdən  qurumların əksəriyyəti ermənilərə aiddir.  Bunda da onlar bizi qabaqlayıblar. Avropa və Amerikanın  DNT testlərini dünyanın müxtəlif  yerlərində həyata keçirən National Geoqrafie Sosiety  ya Family Tree DNT qurumlarının yönətçiləri və orada çalışanların  demək olar ki, hamısı ermənilərdir.
Kimin erməni, kimin qeyri-erməni olduğunu təyin etmək  «təşəbbüsünü»  ilk dəfə irəli sürən Mark Arslandır. Bu şəxs 2002-ci ildə Ermənistanın Gegi bölgəsində bu işə başlamışdı. Lakin qısa bir  zamanda layihə  durduruldu. Səbəbi isə burada yaşayan ermənilərin soykökünün «qeyri-müəyyənliyi» idi. Testə görə,  gegililər  erməni çıxmırdılar, demək  onlar kök, soy etibarı ilə  erməni deyildilər və erməni olmamaq qorxusu onları ümumi erməni xalqından  ayıracaqdı. Qaş düzəldən yerdə göz çıxarmamaq üçün layihəyə son verildi.
Mark Arslan (Arslanyan) o zaman  özünü də test etdirmişdi və özü də dörddə bir erməni çıxmışdı, halbuki Asralanın  babaları məlum 1915-ci il hadisələri zamanı Türkiyənin Ərzurum şəhərindən Hələbə, ordan da Amerikaya köç etmişdilər. Əvəllər Arslanyan soyadını daşıyan Markın  nəsli «saf» erməni  çıxmalıydı. Zavalı gegililəri əslində qınamaq olmazdı.
«2002 Cegi –DNT testi» durdurulsa da yaxşı maliyyələşən nə ermənilər üçün yeni bir fürsət verən bu  projenin «şəklini» dəyişdirdilər. 2005-ci ildə bu testi işlətmə qrupu on altı, 2006-da on dörd, 2007-on doqquz, 2008-də iyirmi üç test analizi apardılar və bunları donor təşkilatlara təqdim  etdilər. Donorlar  bunları dəyərləndirərək  rəhbəri erməni kökənli Hovann Simonyan olan National Geoqraphşs Society-yə külli miqdarda pul ayırdılar. Onlar isə dünyanın müxtəlif yerlərində, o cümlədən Ermənistan və Türkiyədə DNT test analizlərini genişləndirdilər.
 Yenə də bu ermənilər dünyanın müxtəlif ölkələrində test şirkətlər ilə müqavilə bağlayaraq işlərini görməkdədirlər. Mark Arslan deyir ki, «layihə həyata keçirilərkən ən çətin iş insanları  inandırmaqdır.  Ermənilərin ən çox qorxduqları məsələ testin nəticəsinə görə türk çıxmaqdır. Test analizi zamanı kökəni  türk çıxan erməni hətta bizə rüşvət də təklif edir ki, onu gizli saxlayaq. Amma bununla bağlı bizim vədimiz də onları razı salmır. Ermənistanda işimiz çox çətin gedir». Mark Arslan belə deyir.
Erməni DNT testini həyata  keçirməkdə əsas məqsəd nədir?
Ermənilər bununla bir çox şeyləri hədəfləyirlər. Burada əsas məqsədin nə olduğu barədə bu işi görənlərin özlərindən də fərqli  yanaşmalar var. O layihə\nin əsas məqsədinin genetik testlər yoluyla erməni ailələrinin kökünü müəyyən etmək və onların soyaraşdırmaları vasitəsilə mənsubiyyətini təyin etməkdir. Layihə  iki istiqamətdə aparılır.
Birincisi, erməni xalqının genetik keçmişini  təyin etməklə bu xalqın daha ali irqə mənsub olduğunu isbat etmək istiqaməti. Bu zaman erməni xalqının həyatında baş verən əhali  köçlərinin,  işğalların və  açılımların tarixi təsiri araşdırılaraq ortaya belə bir  «məhsul» qoyulmalıdır ki,   erməni xalqının  armenlərin, hititlərin, hayların, haykların, xettlərin, hurilərin,  mitanilərin, urartuların, friqlərin və b. izləri vardır və ən qədim dövrlərdə erməni torpaqlarında işğal nəticəsində bulunmuş xalqlar-assurlar,  ximmerlər, keltlər, yunanlar,  partlar, romalılar, içkitlər,  makedoniyalılar, medlər, perslər, erməni xalqının təşkilində önəmli rol oynamışdır.
İkincisi isə bu soybiliciləri  erməni diasporu  nümayəndələrinin çox olduğu ölkələrdə tarixi   sənədləri – yəni soy vətəqlərini, əhali  sayımlarını, vətəndaşlıq qeydlərini nəzərə alaraq  erməni soyundan olanları araşdırırlar.  Məsələn, adı, soyadı və bütün dəlilləri ilə ingilis olan bəzisini test edərək onu «erməni» edəcəklər. Layihəni həyata keçirənlərin fikrinə görə tarix boyunca belə erməni  ailələrinin sayı bəlkə də indii bütün ermənilərin sayına bərabərdir. Bəzi «önəmli» dövlət adamları bilsələr ki, onlar ermənidirlər, şübhəsiz ki, dəyişəcəklər və Ana Vətənə-Ermənistana onların da bir köməyi, yardımı olacaq. Layihədə iştirak edən digər bir nəfər könüllü Peter Hraçdakyan deyir ki, 1 Dünya müharibəsi dövründə və ondan sonra  bir-birilərini itirmiş erməni qohumlar bu test vasitəsilə bir-birilərinə qovuşacaqlar. Ata və ana tərəfdən bir-birinə qohum olan adamlarda bu testlər fərqli üsullarla aparılacaq.
Layihədə əsas fiqurlardan biri olan  Hovann Simonyan  Erməni Diasporunda önəmli fiqurdur, erməni tarixi,  tarixi coğrafiya, erməni mədəniyyəti sahələrində fəaliyyət göstərmiş  birisidir. O, bu test analizlərinin aparılması və bəzi məsələlərin aydınlaşdırılmasının erməni  tarixində yararlı bir vasitə  olacağına inanmaqdadır. Erməni tarixində rolu olan  kubar ailələrinin də test  edilməsi məqsədə uyğun hesab edilir. Bəllidir ki, tarixdə erməni soylu kimi qələmə verilən bəzi ailələrin də erməni olmadığı barədə çox ciddi iddialar var. Məsələn, Dağlıq Qarabağdan olan Melik soylu ailələr, Orbelyanlar, Arqutyanlar, Baqratyanlar və s. Bu layihə onları birdəfəlik erməni etməlidir.
Məşhur adamların  erməni olmadığına dair  irəli sürülən fikirləri Erməni DNT test layihəsi ilə təkzib etmək istəyirlər. Adı çəkilən bu ailələrin üzvləri artıq test edilmişdir. Qəribədir ki, nəticə elan olunmur. Demək torbada «pişik» var, yəni bunlar da erməni çıxmayıb. Əgər onlar erməni çıxsaydı çoxdan hay-küy qaldırmışdılar.
2009-cu ildən, yəni testlərin geniş  şəkildə aparıldığı zamandan bəri nə qədər adam «sınaqdan çıxarılmışdır?». Təxminən 500-dən çox. Amma dediyimiz kimi nəticələrin çoxu «gizli» saxlanılır. Nə üçün? Əlbəttə,  biz deməzdik bunların hamısı «türk çıxmışdır»,  Lakin bu faktdır ki, müstəqil test mərkəzlərində bu layihəni həyata keçirənlərin həqiqətən bundan ehtiyat  etdikləri dilə gətirilmişdir. Nəticələrin belə «uğursuz» alınması bu iş üçün beynəlxalq qurumları inandırıb onlardan külli miqdarda pul alan Simonyan-Arslan-Hraçdakyan üçlüyünü yeni “çalışmalarla» bu işə fərqli istiqamət vermək istəyi doğurub: Ermənilər  ana ağacından da test edilsinlər, deyilən Erməni DNT ağacında hələ çox kəşf edilməmiş  «budaqlar» var!
2011-ci ildə 1000 nəfər arasında belə testlər  gerçəkləşdirildi və maraqlı mənzərə alındı,  sən demə, erməniliyi qadınlar kişilərdən daha çox daşıyırmış və bu cəhət DNT üzrə mütəxəssis hesab olunan Levon Yepiskoposyan, Alain Hovhanyan, Pierre Zallouna, Riçard Villems kimi yazarların  tesbitləri ilə geniş maraq kəsb etmişdir. Bu,  yüzlərcə ermənini maraqlandırdı və layihəyə «inamı» daha da artırdı.
Bir çox erməni ailələri qohumlarını test yolu ilə tapmaq üçün onlara müraciət etmişlər. Layihə  müəllifləri bunu da  düşünəcəklərini və edəcəklərini açıq söyləmişlər DNT  testi  vasitəsilə ermənilərin  siyahısını artırmaq məqsədi heç vaxt gizlədilməmişdi. Gizlədilmir də.
Müəlliflər Türkiyədə kripto-ermənilər arasında, din dəyişdirən kürd, alevi ailələri arasında da «axtarışa çıxmaq» fikrindədirlər. Onlar dəfələrlə bu məqsədlə Türkiyəyə gəlib könüllülər aramışlar. Məsələn, hemşinlilər,  Dersim aşirətləri,  hayrumlar, Smirna (İzmir)  katolikləri, «türkləşmiş» Suriya və Livan sakinləri  hədəfdədir. Layihənin əsas  müəlliflərindən olan Hovann Simonyan bu məqsədlə «Hemşin» adlı jurnal da buraxır. Azərbaycan necə? Bu layihədən kənardamı qalmışdır? Azərbaycana gəlmək hələ ki, mümkün olmadığından layihəyə kənarda yaşayan  «azərbaycanlılar»ı cəlb etmək istəyirlər. Bax belə, İsveçrədə böyümüş, Kaliforniyada (ABŞ) Universitetdə oxumuş, Londonda təhsilini davam etdirmiş, Yaxın və Orta Şərq  Araşdırmalar Mərkəzində çalışmış Hovan Simonyan  bu layihə ilə bağlı dünyanı gəzir və ermənilərin dünyanın ən qədim ari, yəni, ali bir irqdən gəldiyini subut etmək istəyir.
Amma test çalışmalarında çox vaxt «ari irqdən» saymaq istədiyi  ailə və ya şəxslər türk çıxır.//.. Buna görə Hovann və onun layihə yoldaşlarını Ermənistanda heç sevmirlər.  Çünki bu layihə start  veriləndən bəri erməniləri hər an «türk çıxmaq qorxusu» tərk etmir.

Dr.Qafar ÇAXMAQLI  

Hiç yorum yok: