Translate

15 Şubat 2012 Çarşamba

“XOCALI HADİSƏSİNDƏ ZƏRƏR ÇƏKƏNLƏRƏ TƏZMİNAT VERİLMƏSİNİ TƏLƏB EDƏCƏYİK”



Taksim mitinqinin təşkilatçıları iyunda Ermənistan sərhədində etiraz yürüşü keçirməyi planlaşdırırlar .

  Fevralın 26-da İstanbulun Taksim meydanında keçirilməsi planlaşdırılan yürüşə dair hazırlıq işləri davam etdirilir. Bu barədə “Yeni Müsavat”a məlumatı yürüşün əsas təşkilatçısı sayılan Türk Dünyası Kültür və İnsan Haqları Dərnəyinin İstanbul təmsilçisi Hanifi Çakır məlumat verdi. H.Çakir bildirdi ki, artıq yürüşün şüarları hazırlanıb: “Qarşıdakı günlərdə mitinqin təşkilinə kömək edən dərnək, qrup və təşkilatlarla yenidən bir araya gələcəyik. Yürüşün proqramını hazırlayırıq. Yürüş zamanı “Xocalıya ədalət”, “Qarabağ Azərbaycana qaytarılsın!” şüarları səsləndiriləcək.

 H.Çakır bildirdi ki, yürüş zamanı Xocalı soyqırımı zamanı zərər çəkən insanlara təzminat ödənməsini tələb edəcəklər: “Biz Ermənistanı dövlət kimi tanımırıq. Təzminatı da Ermənistanı dövlət kimi tanıyan ölkələrin hökumətlərindən tələb edəcəyik”.
H.Çakır bildirdi ki, onların bu tələbi yerinə yetirilməsə, iyun ayında Türkiyənin Ermənistanla sərhədində etiraz yürüşü təşkil edəcəklər.


Leyla İLQA
R

Hiç yorum yok: