Translate

13 Şubat 2012 Pazartesi

Meksikanın “The News” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilib

İngilis dilində dərc olunan nəşrdə Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı da yer alıb

 Meksikanın ingilis dilində dərc olunan “The News” qəzetində Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, habelə bu yaxınlarda Meksika Konqresində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımına dair qəbul edilmiş qətnamələrdən bəhs edən geniş məqalə dərc edilib.

  Azərbaycanın Meksika Səfirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Latın Amerikasında Azərbaycanın Meksikada açılmış ilk səfirliyi Meksika ilə ikitərəfli münasibətlərə xüsusi önəm verir” və bu əlaqələrin inkişaf etdirilməsinin göstəricisi kimi yüksək səviyyəli qarşılıqlı səfərlər, xüsusən də Nazir E.Məmmədyarovun 2011-ci ildə Meksikaya həyata keçirilmiş səfəri, mədəniyyət sahəsində müxtəlif tədbirlər, iki ölkə arasında imzalanmış bir sıra sazişlər misal göstərilib.

  Daha sonra məqalədə, 2011-ci ilin noyabr və dekabr tarixlərində Meksika Senatı və Deputatlar Palatası tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair qəbul edilmiş qətnamələrdən söz açılıb. Bildirilib ki, sözügedən sənədlərə əsasən, “Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı pislənilib, BMT TŞ-nın qətnamələrinin Ermənistan hökuməti tərəfindən yerinə yetirilməsi və işğal edilmiş ərazilərin geri qaytarılması tələb edilib, həmçinin təcavüz nəticəsində iyirmi il öncə fevral ayında Xocalı şəhərində 600-dən çox dinc əhalinin etnik təmizləməyə məruz qaldığı və soyqırımın baş verdiyi qəbul edilib”.



Aynur Əliyeva


1 yorum:

Adil Irshadoqlu - Aliyev dedi ki...

2011-ci ilin noyabr və dekabr tarixlərində Meksika Senatı və Deputatlar Palatası tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair qətnamələr qəbul edilmiş və sözügedən sənədlərə əsasən, “Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı pislənilmiş, BMT TŞ-nın qətnamələrinin Ermənistan hökuməti tərəfindən yerinə yetirilməsi və işğal edilmiş ərazilərin geri qaytarılması tələb edilmiş, həmçinin təcavüz nəticəsində iyirmi il öncə - fevral ayında Xocalı şəhərində 600-dən çox dinc əhalinin etnik təmizləməyə məruz qaldığı və soyqırımın baş verdiyi qəbul edilmişdir”.