Translate

9 Şubat 2012 Perşembe

Akademik Rafiq Əziz oğlu Əliyevin doğum günü



  Dəyərli Akademikimiz Rafiq Əziz oğlu Əliyevi doğum günü münasibətilə 
"REALIST ADIL"in əməkdaşları təbrik edirlər, ona can sağlığı və yeni-yeni nailiyyətlər arzulayırlar. 


Professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası ″Avtomatlaşdırılmış idarəetmə sistemləri″ kafedrasının müdiri, MBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, ″Zadə irsi və Süni intellekt″ Assosiasiyasının prezidenti.

 Rafiq Əziz oğlu Əliyev 10 fevral 1942-ci ildə Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. 1948-1958-ci ildə Ağdamda orta məktəbi medalla bitirmişdir. 1958-1963-cü ildə Bakıda M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu fərqlənmə diplomu ilə bitirib.

1964-1967-ci ildə Moskva şəhəri, SSRİ Elimlər Akademiyası İdarəetmə Problemləri institutunda oxuyub, Aspirant olub



• 1967-ci ildə Texnika elmləri namizədi,

• 1975-ci il Texnika elmləri doktoru,

• 1976-cı ildə Professor,

• 1989 Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü.

• 1967-1969 Neftkimyaavtomat (Azərbaycan, Bakı) Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ), elmi-tədqiqat laboratoriyasının müdiri.

• 1989-dən indiyə kimi Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), ″Avtomatlaşdırılmış idarəetmə sistemləri″ kafedrasının müdiri, Bakı.

• 1998-dən indiyə kimi MBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ.

• 2001-dən indiyə kimi BBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ

Mükafatları:

• 1971 Elm sahəsində Azərbaycan Lenin komsomolu mükafatı laureatı

• 1983 Elm və Texnika üzrə SSRİ Dövlət mükafatı verilmişdir.

• 1992: Təbriz Universitetinin professoru, İran

• 1999: Corciya Dövlət Universitetinin professoru, GA, Atlanta, ABŞ

• 2000: Siegen Universitetinin professoru, Almaniya

• 2003: Yaxın Doğu Universitetinin professoru (Near East University), Şimali Kipr

R.Ə.Əliyevin əsas elmi nailiyyətlərinin qısa xülasəsi:

• Çoxölçülü və kombinə olunmuş determiristik, stoxastik (1967), qeyri-səlis (1981) idarəetmə sistemlərinin invariantlıq şərtlərinin formalaşdırılması;

• İntellektual sənaye sistemlərində qərar qəbuletmə və idarəetmə proseslərinin inteqrasiya prinsiplərinin formalaşdırılması (1969);

• Stoxastik dəyişən strukturlu sistemlərin sintez metodlarının işlənməsi (1976);

• Çoxsəviyyəli paylanmış istehsalat sistemləri üçün koordinasiya nəzəriyyəsinin işlənməsi (1980);

• AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması (1984-1986);

• Qeyri-səlis modellərin adekvatlığ şərtlərinin formalaşdırılması (1984);

• Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi (1986);

• ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi (1987);

• Qeyri-səlis paylanmış intellektual sistemlər konsepsiyasının formalaşdırılması (1988), onların yaradılma metodlarının işlənməsi (1993);

• Agentləri arasında rəqabət və kooperasiya olan Soft Kompütinq əsaslı çoxagentli intellektual sistemlərin yaradılması (1997);

• Qeyri-səlis neyron şəbəkələrinin genetik alqoritmlərə əsaslanan öyrənmə metodunun işlənməsi (1997);

• Genetik alqoritmlər əsasında qeyri-səlis reqressiya təhlilinin yeni konsepsiyasının işlənməsi (1998);

• Qeyri-səlis-xaos sinerci əsasında adaptiv idarəetmə sistemlərinin təklif olunması (2001);

• Qeyri-səlis zaman sırıları əsasında yeni proqnozlaşdırma üsullarının yaradılması, 2002;


 Ümumiləşmiş dayanıqlıq nəzəriyyəsinin yaradılması. Dinamik sistemlərin dayanıqlığının Zadə - Əliyev tərifi və meyarının təklif olunması, 2003-2007.

 R.Ə.Əliyevin respublikamızda və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində müstəsna rolu olmuşdur. O, informatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu elmi məktəb yaratmış, Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 30 elmlər doktoru hazırlamışdır. Onun tələbələri hazırda həmin məktəbin ənənələrini təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s.) ləyaqətlə davam etdirirlər.

 R.Ə.Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə 1994-cü ildən başlayaraq hər iki ildən bir Avropanın bir sıra ölkələrində ″Qeyri-səlis sistemlərin tətbiqi″, 2000-ci ildən başlayaraq hər iki ildən bir Özbəkstan Respublikasının Daşkənt şəhərində ″Qeyri-səlis sistemlərin tətbiqi və Soft Kompütinq″, 2000-ci ildən başlayaraq hər iki ildən bir Türkiyyənin Antalya şəhərində ″Sistem təhlilində, qərarqəbuletmə və idarəetmədə sözlə işləyən kompüter və Soft Kompütinq″ üzrə beynəlxalq elmi konfranslar keçirilir.

 R.Ə.Əliyev informatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompütingə həsr olunmuş 70-ə yaxın kitabın350-dən çoxelmi məqalənin müəllifidir.

2 yorum:

Adil Irshadoqlu - Aliyev dedi ki...

Allah milletimizin, eyni zamanda insanlığın fəxri Rafiq müəllimə can sağlığı versin.

Adil Irshadoqlu - Aliyev dedi ki...

Ağdamın süqutu 1993-cü il iyulun 23-də başa çatdı. Ermənilər Ağdam rayonunun 77,4 faizini işğal edib və bu gün də işğal altında saxlayırlar. Hazırda Ağdam şəhəri və rayonun 80 kəndi erməni işğalı altındadır. Erməni təcavüzü nəticəsində rayona 13 milyard ABŞ dollarından çox məbləğdə ziyan dəyib. Ağdam həm də erməni təcavüzkarları ilə döyüşlərdə ən çox şəhid verən bölgələrdəndir. Ağdam uğrunda gedən döyüş zamanı 6 mindən artıq insan şəhid olub.